Yeni ilin ilk qarı yağdı
3-01-2012, 10:55
Oxunub: 5 921
Bəzi rayonlarına qar yağıb
Bolgexeber.com-un əməkdaşlarının verdiyi məlumata görə, hazırda İsmayıllıda güclü qar yağır. Küçələrdə görüntü çətinləşib. Sinoptiklər bu gün İsmayıllıda sürəti saatda 1,5 metrə çatacaq cənub küləyi gözlənildiyini deyiblər. Havanın hərarəti gündüz müsbət 2, gecə 0 dərəcə olacaq.
Sabah isə İsmayıllıda gündüz 1 dərəcə isti, gecə isə 3 dərəcə şaxta pronozlaşdırılır.
Anspress xəbər verir ki, Qubaya da qar yağıb. Bu rayonda şaxtalı havanın yanvarın 4-dək davam edəcəyi proqnozlaşdırılır.
Qar ən çox Quba rayonunun Xaltan kəndinə yağıb. Burada qarın hündürlüyü 12 sm, havanın hərarəti isə -6 dərəcədir. Qubanın Xınalıq kəndində isə qarın hündürlüyü 4 sm, havanın temperaturu isə -12-yə çatıb. Qubanın özündə isə vəziyyət nisbətən yaxşıdır. Burada -2 dərəcə şaxta var və şəhərdə qarın hündürlüyü 2 sm-ə çatıb.
Şaxtalı hava rayonun yollarının buz bağlamasına səbəb olub. Lakin hələlik vəziyyət o qədər də kritik həddə çatmayıb.
Hazırda Qusara da qar yağır. Rayonda havanın temperaturu -6 dərəcə, qarın hündürlüyü isə 4 sm-ə çatıb. Qusar rayonunda da yollar buz bağlayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər