Lənkəranda polis-mömin qarşıdurması olub
11-01-2012, 12:35
Oxunub: 5 881
Lənkəranın Kiçik Bazar adlanan Hüseyniyyə məscidində polislərlə dindarlar arasında toqquşma baş verib.
Əməkdaşımıza bölgədən verilən xəbərə görə insidentə səbəb Qafqaz Müsəlmanları İdarəsinin (QMI) cənub bölgəsi üzrə qazısı, hamının Sədi kimi tanıdığı Qəni adlı şəxsdir.
Hadisə belə olub: qazının müraciəti əsasında polislər sözügedən məscidə gəlib. Səbəb isə Hüseyniyyəyə gələn dindarların məscidin rəhbər və axundunu qəbul etməməsidir. Məscidin rəhbəri Həmdullanı və axund Hafizi dindarlar qəbul etmir. Dindarlar məsciddə Hafizin xütbə oxumasının əleyhinədir.
Bolgexeber.com-a verilən xəbərə görə, axund Hafiz bir neçə il əvvəl məhkəmənin qərarı ilə məscidin axundluğundan uzaqlaşdırılıb. Ancaq tez bir zamanda onu Qəninin əliylə məscidə axund təyin ediblər. Əliağa adlı şəxs isə axundluqdan çıxarılıb. Halbuki Əliağanın atası da müctəhid olub.
Yanvarın 9-da axşam saatlarında dindarlar öz aralarından xütbə oxumaq üçün Vüsal adlı şəxsi seçiblər. Vüsal xütbə oxuyanda isə Qəni məscidə gəlib. Dindarları təhqir edib və bildirib ki, burda onun sözü keçir. Ya hamı onu eşitməli, ya da məscidə gəlməməlidir. 160 dindar dekabrın 19-da QMI sədri Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucova məktub göndərsələr də, hələ ki, heç bir cavab gəlməyib.
Qənin sözlərinə görə, yanvarın 10-da 5 polis maşını məscidə gəlib: "Rəis və axundun məqsədi dindarlarla polis arasında xoşagəlməz hal yaratmaqdır. Dindarlar dövlətə sadiq insanlardır. Lənkəran şəhərindən üç Milli Qəhrəman çıxıb. Hər üçü də Kiçik Bazardandır” - deyə, məlumatı verən şəxs sonda qeyd edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər