BolgeXeber.Com » Bölgə » 120 sm boyu olan azərbaycanlı 3 işin öhdəsindən gəlir - Video
120 sm boyu olan azərbaycanlı 3 işin öhdəsindən gəlir - Video
11-01-2012, 15:20
Oxunub: 3 740Söhbət 26 yaşlı Beyləqan sakini Nuşirəvan Rəhimovdan gedir
Bolgexeber.com-un Regional TV-yə istinadən verdiyi məlumata görə, Nuşirəvan Rəhimov 1986-cı ildə Beyləqanın Yuxarı Aranlı kəndində anadan olub.
Deyilənə görə, ana bətnində ikən həkimlərin səhv müalicəsi nəticəsində onun inkişafı ləng gedib. Yeni doğulduğu zaman həkimlər Nuşirəvanın sümüksüz adam olduğunu deyiblər. Amma 4 yaşında o yeriməyə başlayıb. Hazırda Nuşirəvan Rəhimovun boyu 120 sm-dir. O boyunun normadan qısa olmasına baxmayaraq bundan sıxılmır. Özünə lazım olan işlərin öhdəsindən gəlir. Uşaqlıqdan aktyor olmaq istəyib. Ancaq Azərbaycan Müəllimlər İnstitutunu bitirib. Hazırda isə Beyləqan rayon mədəniyyət evinin əməkdaşıdır. Arzuladığı peşəyə sahib olub. Subaydır. Tezlikə ailə həyatı qurmağı düşünür.