Zaqatalada quldur dəstəsi ifşa olundu
12-01-2012, 12:20
Oxunub: 6 800
Onlar 15-dən çox ərzaq mağazalarini qarət ediblər
Azərbaycanın Zaqatala rayonunda oğruluqda təqsirləndirilən 9 nəfərdən ibarət dəstə üzvləri tutulub. Bu barədə Bolgexeber.com-a Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, RPŞ əməkdaşlarının səyi nəticəsində rayon ərazisində mağazalarından oğruluq edən 9 nəfərdən ibarət dəstə aşkarlanıb.
Məlumata görə, Zaqatala şəhər sakinləri, 1992-ci il təvəllüdlü Orxan Paşayev, 1994-cü il təvəllüdlü Oruc Muradov, 1994-cü il təvəllüdlü Məhəmməd Bayramov, 1994-cü il təvəllüdlü Əfəndi Rəcəbov, 1995-ci il təvəllüdlü Amin Mursalov, 1994-cü il təvəllüdlü Əziz Rəhimov, 1993-cü il təvəllüdlü Ramin Əloyev, 1995-ci il təvəllüdlü Sərxan Davudov və 1992-ci il təvəllüdlü Nurlan Musayev əlbir olaraq Zaqatala şəhəri və rayon ərazisində fəaliyyət göstərən 15-dən çox ərzaq mağazalarından oğruluq hadisələri törədiblər. Belə ki, oğruluqla məşğul olan, gənclərdən ibarət dəstə mağazalardan ərzaq malları və nəğd pul aparıblar. Dəstə üzvlərindən olan Amin Mursalov, Əziz Rəhimov və Sərxan Davudov əvvəllər də oğruluq etdikləri üçün cəzalandırılıblar.
Həbs edilənlər barəsində cinayət işi başlanıb, dəstə üzvlərinin rayon ərazisində baş vermiş digər oğruluq hadisələrində iştirak edib-etmədiyi araşdırılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər