Salyanda akisya keçirənə iş verildi
12-01-2012, 19:15
Oxunub: 6 502
Bu gün Salyan rayon məhkəməsində hakim Həmid Əzizovun sədrliyi ilə qaz aksiyasına görə həbs olunmuş Qarabağlı kənd sakini Aqil Quliyevin növbəti məhkəmə iclası keçirilib.
Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov Bolgexeber.com bildirib ki, hakim Aqil Quliyevin 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası barədə qərar çıxarıb.
Xatırladaq ki, Aqil Quliyev ötən il noyabrın 28-də Qarabağlı kənd sakinlərinin təbii qazın verilməməsinə etiraz olaraq Şirvan-Salyan avtomobil yolunu bağladıqları aksiya dağıdılarkən sahə müvəkkili Elşən Yusifova xəsarət yetirməkdə təqsirli bilinirdi. Sahə müvəkkili məhkəmədə də çıxış edərək Aqilə 6 ay deyil daha artıq cəza verilməsini istəyib. Amma hakim bu istəyi nəzərə almayıb. Belə ki cinayət məcəlləsinin 315.1 maddəsi ilə ittiham olunan A. Quliyev 3 ilədək azadlıqdan məhrum oluna bilərdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər