Daş karxanasındakı dava ilə bağlı iki nəfər həbs edilib
17-01-2012, 12:40
Oxunub: 5 782
Daş karxanasında fəhlələr arasında düşən dava ilə bağlı iki nəfər həbs edilib
Bu barədə Bolgexeber.com Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, dünən Bakının Qaradağ rayonunda yerləşən daş karxanasında işləyən iki fəhləyə xəsarət yetirməkdə təqsirli bilinənlər - Bakı şəhər sakinləri Cəlal Salahov və onun qardaşı İlahəddin tutularaq istintaqa təhvil veriliblər.
Qeyd edək ki, məlum hadisə dünən Qaradağ rayonunda yerləşən “Şah qaya” daş karxanasında qeydə alınıb. Orada işləyən iki fəhlə müxtəlif xəsarətlərlə xəstəxanaya gətirilib. Müayinə zamanı onlardan 32 yaşlı Nazim Həsənovun bıçaq xəsarəti aldığı, 29 yaşlı Elməddin Həsənovun isə döyüldüyü məlum olub. Hər iki yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
Xəstəxanadan bildirilib ki, yaralıların dediyinə görə, onlar daş karxanasında fəhlələr arasında düşən davada xəsarət alıblar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər