BolgeXeber.Com » Bölgə » Bərdədə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ” qeyd olundu - Fotolar

Bərdədə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ” qeyd olundu - Fotolar

2-06-2015, 00:04
Oxunub: 5 257 Bərdədə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ” qeyd olundu - Fotolar1 iyun 2015-ci il tarixdə Bərdə rayon Heydər Əliyev Mərkəzində Gənclər və İdman idarəsinin və Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ” münasibətilə uşaqlarla tədbir keçirilibdir

BOLGEXEBER.COM-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov açaraq uşaqları bayram münasibətilə təbrik etdi. Sonra o Respublikamızda uşaqlara və onların sağlam böyüməsi üçün ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıdan danışdı.

Daha sonra UGİM futbol üzrə məşqçi müəllimləri Aydın Baxışəliyev və Vaqif Süleymanov rayonumuzda uşaq futbolunun inkişafında əldə edilən uğurlardan danışdılar.Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov bu bayramın yaranma tarixi barədə çıxış edərək, Azərbaycanda məhs ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə uşaqların hərtərəfli inkişafı üçün imzaladığı sərəncamlardan və bu siyasətin Ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilməsindən danışdı.

Tədbirin sonunda kiqboksing üzrə Azərbaycan çempionatının qalibləri İsmayıl Həsənov, Tacir Məhərrəmli və AFFA-nın 10-11 yaşlı futbolçular arasında keçirdiyi Azərbaycan çempionatının zona yarışında 1- ci yeri tutmuş Sənan Ağalarov və həmin yarışlarda ölkə çempionu olmuş Elmir Hüseynli fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.