Tərtərin daha bir kəndinə qaz verilib – FOTO
2-06-2015, 11:27
Oxunub: 3 569
İyunun 1-də Tərtərin daha bir kəndinə qaz verilib
BOLGEXEBER.COM-un məlumatına görə, rayonun Evoğlu kəndinə təbii qazın verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Mərasimi giriş sözü ilə Evoğlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Elçin Mahmudov açıb. Kənddə 2160 nəfər əhalinin yaşadığını, 467 nəfər abonentin mənzilinə “mavi alov”un verildiyini, ərazidə birpilləli sistem əsasında 59000 paqonometr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkildiyini, 467 ədəd sayğac və fərdi tənzimləyici quraşdırıldığını diqqətə çatdırıb.
Kənd ağsaqqalı Eldəniz Əliyev, kənd sakini Nübar Kərimova, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oktay Qarayev, “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəisi İbrahim Kərbəliyev, Evoğlu kənd tam orta məktəbinin şagirdi Nurlan Məhərrəmli çıxış ediblər. Onlar təbii qazın verilişi ilə əlaqədar sakinləri təbrik edib, təbii qazdan xeyir işlərdə istifadə etmələrini arzulayıblar. Sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uzun illərdir yanacaq sarıdan əziyyət çəkən kəndə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik edib, təbii yanacağın bütün mənzillərə sevinc, hərarət gətirməsini arzulayıb. Sonra rayon rəhbəri Müstəqim Məmmədov və kənd ağsaqqalı Eldəniz Əliyev “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırıblar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər