İçməli suya olan tələbat yaxşılaşdırılır- Füzulidə
5-06-2015, 10:26
Oxunub: 1 209
Füzuli rayonunda əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə Aşağı Yağlıvənd kəndində yeni bulağın açılış mərasimi keçirilib.
Bolgexeber.com-a daxil olan məlumata görə, mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Azərsu ASC-nin Birləşmiş Su-Kanal MMC-nin direktor müavini Vəli Həsənov, rayonun idarə, müəssisə təşkilat rəhbərləri və kənd ictimaiyyəti iştirak edib.
Alı Alıyev kənd sakinlərini əlamətdar gün münasibəti ilə təbrik edib. O, rayonun yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən tədbirlər barədə məlumat verib, bu sahədə işlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb.
Azərsu ASC-nin Birləşmiş Su-Kanal MMC-nin direktor müavini Vəli Həsənov çıxış edərək regionlarda yaşayan əhalinin içməli su ilə təmin olunması sahəsində görülən işlərdən danışıb.
Kənd sakinləri çıxış edərək bildiriblər ki, indiyədək içməli suyu böyük çətinliklərlə uzaq məsafədən müxtəlif vasitələrlə daşıyırdılar. Yeni bulağın istifadəyə verilməsi nəticəsində bu problem həll edilib.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-04-2021, 11:43 : Səlim Müslümov daha bir vəzifəsini itirdi - Yeni təyinat
Xəbərlər
- 7-04-2021, 11:53 : Cəlilabad meşələrində əkilən qoz bağlarına kimlər göz dikib-ŞİKAYƏT(VİDEO)
Gündəm
- 9-04-2021, 17:03 : Malik Həsənov: Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb
Siyasət
- 7-04-2021, 11:31 : Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Xəbərlər
- 17-03-2021, 12:24 : Bakı Apelyasiya Məhkəməsindən Ata Abdullayevlə bağlı QƏRAR
Siyasət
- 17-03-2021, 17:53 : Malik Həsənov: Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir
Siyasət
- 4-04-2021, 14:40 : Azərbaycanda rüşvət alan rəis belə həbs olundu - ANBAAN VİDEO
Xəbərlər
- 22-03-2021, 16:22 : Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və... - VİDEO
Xəbərlər
- 17-03-2021, 11:37 : Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur - MÜRACİƏT
Gündəm
- 17-03-2021, 11:14 : Marşrut avtobusları 9 gün işləməyəcək? (AÇIQLAMA)
Sosial