Cüdo üzrə açıq Bərdə birinciliyi keçirilib
9-06-2015, 15:26
Oxunub: 1 516
İyunun 8-də Bərdə Olimpiya İdman Kompleksində Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə I Avropa Oyunlarına həsr olunmuş yeniyetmələr və kiçik yeniyetmələr (kadetlər) arasında cüdo üzrə açıq Bərdə birinciliyi keçirilib
Birincilikdə 2 şəhər və 6 rayondan müxtəlif çəki dərəcəsində 120-ə yaxın idmançı iştirak edib.
Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov açaraq I Avropa Oyunları və onun əhəmiyyəti ilə bağlı məlumat verərək qeyd etdi ki , ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən idmanın ikişafına xüsusi diqqət və qayğı göstərilir. İlk Avropa oyunlarının ölkəmizdə keçirilməsi onu sübut edir ki, artıq Azərbaycan beynəlxalq yarışların yüksək səviyyədə təşkil olunaraq keçirilməsi sahəsində özünü təsdiq etmişdir.
Cüdo üzrə Bərdə komandasının məşqçisi, idman ustası Şahin Əhmədov, Sumqayıt şəhər Təhsil Respublika İdman Mərkəzinin cüdo üzrə baş məşqçisi İlqar Niftalıyev, Gəncə Olimpia İdman kompleksinin cüdo üzrə baş məşqçisi, əməkdar məşqçi Ramiz Məmmədov Göyçay rayonunun cüdo üzrə baş məşqçisi Soltanəli Məmmədov çıxış etdilər.
Gərgin mübarizə şəraitində keçən yarışda Sumqayıt şəhər komandası I, Gəncə şəhər komandası II, Bərdə rayon komandası III yeri tutmuşlar. Qalib idmançılar müxtəlif dərəcəli diplom və medallarla mükafatlandırılmışlar.
Bolgexeber.com
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 3-02-2021, 16:38 : Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb-FOTO
Gündəm
- 3-02-2021, 17:31 : Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Xəbərlər
- 2-02-2021, 22:06 : İşğaldan azad edilmiş ərazilərdə görülən bərpa işləri dövlətimizin başçısının nəzarətindədir
Gündəm
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm