BolgeXeber.Com » Bölgə » Hərbçimiz ermənilərə əsir düşdü

Hərbçimiz ermənilərə əsir düşdü

24-01-2012, 23:50
Oxunub: 4 923 “Regnum” xəbər agentliyinin verdiyi məlumata görə, 23 yanvar saaat 15:30 radələrində atəşkəs xəttində Dağlıq Qarabağdakı erməni seperatçıların silahlı birləşmələri Azərbaycan vətəndaşını saxlayıblar.

Saxlanılan şəxs fərqlənmə nişanları olmayan hərbi formada olub. Üzərində aşkarlanan hərbi bilet 1990-cı il təvəllüdlü, Lənkəran sakini, kiçik serjant Axundzadə Məmmədbağır Talib oğluna aiddir. Xankəndindən verilən xəbərə görə, hadisə barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinə və ATƏT-in ofisinə bildirilib.