BolgeXeber.Com » Bölgə » Bakıxanov Çörək Zavodu ilə bağlı problemlər bitmir

Bakıxanov Çörək Zavodu ilə bağlı problemlər bitmir

11-06-2015, 13:52
Oxunub: 12 993 Bakıxanov Çörək Zavodu ilə bağlı problemlər bitmirYediklərimizdən daha nələr çıxacaq?

Vaxtaşırı yediyimiz qidalardan müxtəlif yad cisimlərin çıxması yəqin ki hər birimizə məlumdur. Əslində acınacaqlı durum olsa da, çox təəssüflər olsun ki, həqiqətdir. Təbii ki, belə hallarla rastlaşdıqda insan həmin məhsulların necə bir şəraitdə hazırlanmasını, bizlərə keçə biləcək mikrob və xəstəlikləri düşünür.

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin zaman-zaman apardı monitorinqlər zamanı natəmiz, istifadəsi qadağan olunan çörək və şirniyyat sexləri aşkarlanaraq ya bağlanır, yaxud da sahibkar cərimələnir. Lakin bu kimi durumlar bir daha göstərmiş olur ki, sahibkarların cərimələnməsi, yaxud da həmin sexin bağlanması kifayət etmir. Ən azından həmin sahibkar bir müddət sonra yenidən hansısa sexi icarəyə götürüb fəaliyyətini davam etdirəcək. Bizlər daxil olan şikayətlər, yaxud da rastımıza çıxan bu kimi durumları işıqlandırsaq da, çox təəssüflər olsun ki, məhsullardan yad cisimlərin çıxması, bərbad, natəmiz şəkildə fəaliyyət göstərən sexlərin sayı azalmaq əvəzinə, daha da artır. Məsələn, bir müddət əvvəl çörəyin içindən rezin, sap, dəmir qırıntısı, tarakan, skotç çıxmışdı. Yeri gəlmişkən qeyd edək ki, sadaladığımız yad cisimlər yalnız çörəkdən və yaxud da un məmulatlarından çıxmır. Bir müddət öncə mağazadan kolbasa alan vətəndaş nahar fasiləsində kolbasada hansısa yad cisimin olduğunu aşkar etmişdi. Bir müddət əvvəl isə, "Sağlam Qida Co" MMC-nin "Baton Bakı Sadə" adı ilə istehsal etdiyi çörəyin içindən taxta çıxmışdı. Bu günlərdə isə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki "Naxçıvan" marketdən zavod çörəyi alıb. Və çörəyin içindən siçan nəcisinə bənzər zibil çıxıb. Çörəyi alan sakin mağazaya iradını bildirsə də, mağazadan çörəyi Bakıxanov Çörək Zavodunun bişirdiyi bildirilib. Məsələ ilə bağlı Bakıxanov Çörək Zavodundan isə bildirilib ki, xəmirin içərisində yad cismin olması inandırıcı deyil. Çünki un elə ələkdən keçirilir ki, çörəkdə elə yad bir cismin qalma ehtimalı mümkün deyil. Ola bilsin, çörəyin içərisinə yağ düşüb və qara cisim kimi istehlakçıları narahat edib. Zavodda bütün işlər təmiz aparılır. Daxil olan digər bir məlumatda isə, ətraf ərazilərdən birindəki mağazadan "SAB" doktorskaya kolbasası alan şəxsin, gözlərinə inanmaması ilə bağlıdır. Belə ki, həmin şəxsin mağazadan aldığı kolbasanın içərisində nə olduğu dəqiq bilinməyən qırmızı rəngdə əlavə məmulat olub. Sakinin sözlərinə görə, o aldığı bu məhsulu daha sonra həmin mağazaya qaytararaq pulunu geri alıb. Lakin bu arada rastlaşdığı durumu çəkməyi də unutmayıb. Elə bizlər də həmin fotoları sizlərlə bölüşürük. Ümumiyyətlə, bu gün bir sıra dünya ölkələrində çörəyi qabartmaq, ağartmaq, davamlılığını, həcmini artırmaq, parlaq olmasını təmin etmək üçün kimyəvi maddələrdən istifadə edilir. Bu çörəklər isə cəmiyyətə şəkər xəstəliyi, artıq çəki və xərçəng olaraq geri dönür. Deyilənə görə, istər gigiyena baxımından, istərsə də tərkibində müxtəlif dəyişikliklər aparılan çörəyin istehsalında istifadə edilən kimyəvi maddələr xərçəngə şərait yaradır.