BolgeXeber.Com » Bölgə » Ağgöl Milli Parkının ərazisi kimlərin istismarına məruz qalıb? - PROBLEM

Ağgöl Milli Parkının ərazisi kimlərin istismarına məruz qalıb? - PROBLEM

11-06-2015, 17:56
Oxunub: 3 762 Ağgöl Milli Parkının ərazisi kimlərin istismarına məruz qalıb? - PROBLEM2003-cü il 5 iyul tarixində ölkə başçısının sərəncamı ilə sahəsi 17,924 hektara qədər genişləndirilən, Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılan Ağgöl Milli Parkında ümumilikdə 500 mindən çox quş qışlayır

Qeyd edək ki, burada rast gəlinən quşların 30 növünün adı «Azərbaycanın Qırmızı Kitabı»na salınıb. Bundan başqa, milli park ərazisində 20-dən çox balıq növünə – çəki, külmə, durna balığı, xəşəm, lil balığı, naxa, qambuziya və s. rast gəlinir. Lakin buna baxmayaraq, hazırda Ağ göl Milli Parkında qanunsuz ov aparılır və bu səbəbdən də qoruq ərazisi istismara məruz qalıb.

Əldə etdiyimiz bilgilərə görə, qoruq rəhbərliyinin razılığı ilə yaxınlıqda yaşayan insanlar mal-qaranın otlaması üçün milli parkın ərazisindən istifadə edirlər. Sözügedən qoruqda ovlanması qadağan olunan ceyran, çöl quşlarının ovlandığını vurğulayan məlumatlı şəxs iddia edir ki, Ağgöl Milli Parkının direktoru Loğman Mehdiyev gölün kənarında torpaqdan 2 hektara yaxın hovuz düzəltdirib: «Həmin hovuzda isə Ağgöldən tutulan müxtəlif növ balıqlarlar saxlanılır və sonradan bazara çıxarılır. Loğman Mehdiyev «brokonyer»lərlə razılaşaraq göldə tor qurulmasına şərait yaradıb. Tututlan balıqların 50 faizi direktora verilir. Deyilənlərə görə, qoruq rəhbərliyi ay ərzində «dambası»na 3 tondan çox balıq atır. Hazırda Loğman Mehdiyevin gölündə 10 tondan çox balıq var və payız aylarında direktor həmin məhsulu satışa çıxardır». Mənbənin sözlərinə görə, direktor Ağgöl Milli Parkında özünə şahin quşu biznesi də yaradıb: «Belə ki, direktor Ağgöl Milli Parkında yaşayan şahin quşlarını tutduraraq satır. Bu işlə ölkə miqyasında böyük bir şəbəkə məşğul olur. Şahin quşlarının alıcısı isə ərəb şeyxləridir. Mahir ovçu kimi yetişdirilən şahin quşları çox baha qiymətə ərəb şeyxlərinə satılır. Ağgöl Milli Parkından tutulan hər bir şahinə görə xeyli miqdarda gəlir əldə olunur. Bütün bunlar onu deməyə əsas verir ki, Ağgöl Milli Parkında durumun ağır və dözülməzdir. Bu parkda qoruğun təyinatında kənar fəaliyyətlər o qədər genişlənib ki, artıq bura milli park deməyə adamın dili gəlmir. Belə ki, dövlət tərəfindən qorunan flora və fauna demək olar ki, məhv olmaq üzrədir. Hər il payız, qış və yaz aylarında milli parkın ərazisində qanunsuz ov nəticəsində onlarla ceyranlar məhv edilir, quşlar qırılır, hədsiz sayda balıqlar «brokonyer»lərin gəlir mənbəyinə çevrilir…» \\ gundelik baku \\

Mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini işaqlındarmağa hazırıq.