BolgeXeber.Com » Bölgə » Əxlaqsızlıq məkanların arxasında duran generallar- ŞOK

Əxlaqsızlıq məkanların arxasında duran generallar- ŞOK

12-06-2015, 11:28
Oxunub: 6 788  Əxlaqsızlıq məkanların arxasında duran generallar- ŞOKŞok faktlar aşkarladı; əxlaqsızlıq yuvalarını kimlər himayə edir?

Ölkədə insan alverinə və əxlaqsızlıq yuvalarının saxlanılmasına qarşı ciddi mübarizə aparıldığı deyilir. Lakin əfuslar olsun ki, belə məkanlara hər addımda rast gəlmək mümkündür. Qəribədir ki, bütün bunlar hamının, elə əxlaqsızlıqla mübarizə aparanların gözləri qarşısında baş verir. Belə məkan sahibləri ayda kimlərəsə böyük məbləğdə pul – yəni “şirinlik” verməklə qanunları pozmaqda davam edirlər.
Məkan sahibləri əxlaqsızların sayəsində pul əldə edir, ciblərini doldururlar. Məsələn, elə götürək “Dalğa” istirahət mərkəzini. Xətai rayonu ərazisi, Babək prospektində yerləşən bu məkanda 40-a yaxın otaq var. Buranın xidmətçilərinin azyaşlı qızlar olduğu söylənilir. Xırdalanda yerləşən “Ağ otel”də isə 80-nə yaxın otaq fəaliyyət göstərir. Masazırda yerləşən “Romi” əxlaqsız yuvası illərdir hamının gözləri qarşısında 50-dən çox otağı ilə fəaliyyət göstərir. Adı çəkilən məkan gecələr də işləyir. Həmin ərazidə 30-a yaxın otaqla fəaliyyət göstərən “Göyçə”də otaqların bir saatı 25 manatdır.
Mehdiabad qəsəbəsində yerləşən “Lotos”da 40-a yaxın qadın otaqlarla birgə müştərilərə təklif olunur.
Son zamanlar xarici ölkələrdə güclü zəlzələlər baş verir. İllər əvvəl Bakının mərkəzində də 6-7 bal gücündə güclü zəlzələ baş vermişdi. O zaman hamı küçələrə tökülmüş, günlərlə evə girməkdən qorxmuşdu. Mən hələ torpaq sürüşmələrini demirəm. İnsanların belə vəziyyətlərdə gizlənməyə yeri olunur. Buna səbəb isə şəhərin mülkü müdafiə obyektlərinin saunalara, masaj salonları və barlara çevrilməsidir. Ölkənin imkanlı şəxslər zümrəsini təmsil edən dövlət məmurları və onların gül balaları, dərdi – qəmi unudub mülkü müdafiə qərərgahları üçün ayrılmış, amma əslində sauna kimi fəaliyyət göstərən yeraltı məkanda əsl kef çəkirlər.
Bakının xəlvəti güşələrində baş verən bu macəraları şəhər meri Hacıbala Abutalıbovu nədənsə heç maraqlandırmır. Hacıbala müəllim unudur ki, bütün şəhər boyu əxlaqsızlıq məkanları tüğyan edir. Hər addımbaşı parklar restoranlara, otellərə dönür. Həmin restoran və otellərdə xüsusi otaqlar fəaliyyət göstərir ki, burada da can alveri tüğyan edir. Qəribəsi isə budur ki, bütün bunlar Bakını ölə - ölə sevən Bakı merinin və hüquq – mühafizə orqanlarının gözləri qarşısında baş verir. Belə obyektlər lazımi şəxslərə aylıq haqq belə verirlər. Odur ki, nə əxlaqsızlıq ocaqları kimi fəaliyyət göstərən restoran – otelləri, nə də mülkü müdafiə obyektlərinin yerində tikilən bar – saunaları heç kim görmür, yəni özlərini görməməzliyə vurur.
Mülki müdafiə qərərgahlarının öz təyinatı dəyişib əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi bir fakt olaraq nəinki torpaq sürüşməsinə məruz qalan Bakı şəhər əhalisinin bir qismini, eləcə də torpaqlarının 20 faizini itirən cümlə Azərbaycan xalqını təhlükə altında qoyur. Sauna – barlara çevrilən mülki – müdafiə obyektlərinə baxanda həm şəhər merinə, həm digər aiddiyyatı qurumlara, həm də bu işə cavabdeh olan hüquq – mühafizə orqanlarının rəislərinə bu sualımı verməyi zəruri hesab edirəm:
-Sizin gözləriniz hara baxır, Cənablar: ciblərinizə və yaxud xalqın
təhlükə altına alınmış gələcəyinə? Əgər gözlərinizi bir neçə dəqiqəliyə tuşladığınız yerlərdən ayırıb aşağıdakı faktlara doğru zilləsəniz, millətimizi gözləyən təhlükəli gələcəyin üfüqlərini açıq – aydın seyr edə bilərsiniz.
Hazırda Azərbaycanda mövcud olan 291 sığınacaq qərərgahdan vur-tut 6-sı salamat qalıb. Bakıdakı sığınacaq qərərgahın 52-də aparılan “yenidənqurmadan” sonra gecə barları kimi istifadəyə verilir ki, burada azyaşlı qızlar hərraca çıxarılır. 11-i sauna kimi qazanc mənbəyi olub. Qalan sığınacaq qərərgahlar isə çayxana, supermarket, kababxana kimi fəaliyyət göstərir.
Məsələn, bir neçə il əvvəl aşkarlanmış əxlaqsızlıq yuvalarının üçü mülki müdafiə obyekti olub. Uşaq bağçaları və məktəblər üçün nəzərdə tutulmuş sığınacaq qərərgahlar isə ambar kimi satılıb. Acı təəssüf doğuran məqam budur ki, hazırda Azərbaycanda mötəbər kürsülərdə oturan müxtəlif vəzifə adamları bu “novatorların” ixtirasını sözdə olmasa da, əməldə yüksək qiymətləndirirlər. Görünür, elə buna görədir ki, Bakı əhalisi təbii fəlakət zamanı təhlükəsizliklərinin təmin olunmayacağını bilib hər an qorxu içində yaşayır. Ən acınacaqlısı isə budur ki, sauna, masaj salonlarına çevrilən mülki müdafiə obyektlərinin bir çoxunun sahibi erməni əsilli qadınlardır. Onlar hansısa məmurumuzun hamiliyi altında Bakının düz mərkəzində azyaşlı azərbaycanlı qızları fahişəliyə cəlb edirlər.
Mülki müdafiə qərərgahlarının sauna kimi istifadəyə verilməsi burada toplaşanların məşğuliyyətinin “spesifikliyi” səbəbindən camaatın dinc asayişini güdaza verə bilər. Qız – gəlinlərimizin müəyyən qisminin erməni əsirliyində olması təhqirlərinə məruz qaldığı bir zamanda pozğun erməni əsilli qadınların öz əxlaqsızlıq məharətlərini nümayiş etdirdikləri bu yeraltı məkanlar məsələyə cavabdeh olan müvafiq vəzifə sahiblərinin utanıb yerə girməsi üçün olduqca münasibdir. Lakin iş burasındadır ki, bizim vəzifə adamlarımızın çoxu fizika müəllimimiz demişkən, “həya molekullarından məhrumdurlar”. Bizim Xalidə müəllimə deyərdi ki, hər bir insanın üzündə həya molekulları olur ki, onlar bir söz eşidən zaman sifəti qızardırlar. İndi siz deyin, belə olan surətdə xəcalət çəkməyi bacarmayan bəzi məmurlarımız xalq təəssübünü çəkə bilərlərmi? Əsla yox.
Bir gün mülki müdafiə obyektlərini saunalara çevirənlər vaxt gələcək, başlarını döymək üçün daş axtaracaqlar. Bu zaman göydən onların şərəfinə daş yağacaq. Bu gün əfsuslar olsun ki, Bakı özünün gecə barları, saunaları, əyləncə məkanları ilə əcnəbi qonaqları cəlb edir. Yer üstündə əxlaqsızlıq məkanları azlıq edirmiş kimi, yer altı da bu məqsədlərçün istifadə olunur. Elə götürək “Qladiator” disko – barlarını. Burada oturan kimi 50 manatdan keçməli olursan. Bundan başqa 20 manat saunaya ödənilir.
“+18” yazılan “Enigma” disko – barında isə 14 yaşlı qızlar hərraca çıxarılır. Bu gün elə bir vəziyyət yaranıb ki, bədən alverinin tüğyan etdiyi məkanlar nazirliklərin düz yanında fəaliyyət göstərir. Amma nədənsə nazirlər buna göz yumur, susurlar – sanki özləri buralardan istifadə edirmiş kimi. Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 1 saylı poliklinikanın zirzəmisində yerləşən “Mix – club”, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Sərhəd Xidmət binalarının düz yanında əxlaqsızlığın və can alverinin tüğyan etdiyi barlar fəaliyyət göstərir. Tolstoy küçəsindəki “Çin masaj” salonu hamının dilindədir. Burada masajdan çox əxlaqsızlıq tüğyan edir. Burada masajdan çox əxlaqsızlıq tüğyan edir. Buradakı masajçı qızlar 18 – 25 yaş arasındadırlar. 1 saatlıq masaj xidməti 20 manatadır. Rəşid Behbudov küçəsindəki “Relax” barı da əxlaqsızlıq məkanlarındandır.
“Neptun”, “555”, “Night club”, “Bird club”, “Coral” və s. məkanların bir çoxu mülki – müdafiə obyektlərinin yerində fəaliyyət göstərir. Əfsuslar olsun ki, bu cür əxlaqsızlıq məskənlərinin bir çoxunun krişası polis rəisləridir. Bəzilərinin hamisi isə digər vəzifəlilər. Belə restoran, bar və saunalar təkcə Bakıda deyil, Sumqayıtda da fəaliyyət göstərir. Sumqayıtda da bir çox mülki müdafiə obyektləri sauna və barlara çevrilib. Sumqayıtda “Sevimli məkan”, “Kosmos”, “Xan bağı”nda azyaşlı qızlar fahişəliyə cəlb olunurlar. Sabunçu rayonunda faliyyət göstərən “Oskar” 13-cü polis bölməsinin düz yanındadır. Amma oradakı əxlaqsızlığı hamı görsə də, polis idarəsində heç kim görə bilmir. Bakıxanov Ticarət Mərkəzinin yanında “Manchester” adı altında əxlaqsızlıq yuvaları fəaliyyət göstərir. Oranı Lalə adlı bir qadın işlədir. Sabunçu rayon ərazisindəki “Edem”, “Real”, “Neftçilər” metrosunun yanında yerləşən “Abardaj”, Ceyranbatan yolu üzərindəki “Qu gölü”, “Qala” kimi məkanlarda cinsi istismar həyata keçirilir. Sadaladığını bu kafe – barların havadarlarının vəzifəli məmurlar olduğu söylənilir ki, bizlər də buna inanırıq. Əgər belə olmasaydı şəhər əxlaqsızlıq məkanlarının məngənəsində sıxılmaz, lazımi tədbirlər görülər, mülki – müdafiə obyektlərinin yerlərində tikilən bar – saunalar sökülər və onlar yenidən əhalinin təhlükəsizliyini təmin etmək üçün mülki – müdafiə obyektlərinə çevrilərdi.
Amma vallah, acınacaqlı bir hal yaranıb. Hər fahişəxananın altından bir polis rəisi, ya da general mundiri çıxır... Bu haqda isə daha sonra şok açıqlamaları oxuculara təqdim edəcəyik. Bizi izləyin... Azerinews.tv
Qarşı tərəfidə dinləməyə hazırıq