BolgeXeber.Com » Bölgə » Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillər verildi-FOTO

Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillər verildi-FOTO

16-06-2015, 12:04
Oxunub: 4 078 Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillər verildi-FOTOTərtər şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə tikilmiş 6 mərtəbəli 54 mənzilli yaşayış binası Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib

Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbir iştirakçılarını 15 iyun – Milli Qurtuluş günü münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Bildirib ki, ümumilli lider Heydər Əliyev müstəqil dövlətin qurulması kimi çətin və şərəfli missiyanı yerinə yetirməklə yanaşı, əhalinin sosial müdafiəsi sahəsində də misilsiz xidmətlər göstərib. Ulu Öndərin imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar nəticəsində pensiya və müavinətlərin orta aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə artıb. Müharibə əlilləri və şəhid ailələrinin dövlət hesabına mənzillərlə, əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təminatına da ümummilli lider Heydər Əliyev tərəfindən başlanılıb.

S. Müslümov Ulu Öndərin sosial inkişaf kursunun 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, sosial təminat sisteminin bütün sahələrində olduğu kimi müharibə əlillərinin və şəhid ailələrinin yeni mənzillərlə təminatında da mühüm addımların atıldığını vurğulayıb. Bildirib ki, ötən il ölkəmizin bölgərində yeni yaşayış evləri istifadəyə verilməklə, 174 nəfər mühribə əlili və şəhid ailəsi mənzillə təmin olunub. Ölkə başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən 2014-cü ilin yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsinin 2014-2018-ci illərdə mənzillə təmin edilməsi nəzərdə tutulur. Hazırda müharibə əlilləri və şəhid ailələri üçün Bakıda 12 mərtəbəli 96 mənzilli, İmişli və Beyləqan rayonlarında hər biri 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda 4 mərtəbəli 36 mənzilli yaşayış binaları, eyni zamanda respublikanın bölgələrində 379 ədəd fərdi ev inşa olunur. Bundan əlavə Bakıda 164, Sumqayıtda 6, Gəncədə 6, Mingəçevirdə 3 ədəd hazır binalarda mənzillər alınıb. Hazırda təmir işləri aparılan həmin mənzillər bu il təhvil veriləcəkdir.

Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni istifadəyə verilmiş binanın sakinlərini təbrik edərək, rayonunda gedən sürətli sosial-iqtisadi inkişafdan danışmışdır. Bildirmişdir ki, son bir ildə Tərtər çayı sahilində 2.5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılmışdır. Heydər Əliyev prospektində yüksək gərginlikli hava xəttinin 1300 metr məsafədə SİP kabellə yeraltı çəkilişi işləri başa çatdırılmışdır. Tərtər şəhərinin M.Əsədov və T.İsmayılov küçələrində istinad divarlarının aqlay və bəzək daşları ilə üzlənməsi işləri davam etdirilir. M.Əsədov küçəsində 800 metr məsafədə yol kənarına bardyor düzülərək səkilər salınır. F.Qulami küçəsində 1500 metr məsafədə gecə işıqlanması sistemi quraşdırılmışdır. Hal-hazırda həmin küçədə istinad divarlarının aqlay və bəzək daşları ilə üzlənməsi işləri aparılır. Heydər Əliyev prospektində bir çox idarə və təşkilatların yerləşib fəaliyyət göstərdiyi üçmərtəbəli inzibati bina əsaslı təmir edilir. Hazırda Olimpiya İdman Kompleksinin, Kənd Təsərrüfatı İdarəsinin inzibati-labarotoriya binasının, Tərtər şəhərində 100 yerlik yeni körpələr evi-uşaq bağçasının, müasir tələblərə cavab verən yeni Şahmat məktəbinin, Qapanlı kənd tibb məntəqəsinin inşası davam etdirilir. Bundan əlavə Heydər Əliyev Meydanı yenidən qurulmuş, 22 ictimai binanın dam örtükləri dəyişrieilmişdir. Nizami, Ə.Paşayev küçələrində, “SMU-15” yaşayış massivində yeni “nümunəvi məhəllələr” salınaraq sakinlərin istifadəsinə verilib.

Təmas xəttində yerləşən Qapanlı, Dəmirçilər, Borsunlu, Hüsənli, Qazyan kəndlərində 10 km məsafədə müasir gecə işıqlandırma sistemləri quraşdırılıb.

Tərtər şəhərinin və ona bitişik 11 kəndin, ümumilikdə 26198 nəfər əhalinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün layihə təməlqoyma mərasimi keçirilmişdir. Tərtər şəhərini və ətraf kəndləri keyfiyyətli içməli su ilə fasiləsiz təchiz etmək məqsədilə Tərtər şəhərinin qərb hissəsində şəhərdən 1400 metr məsafədə yerləşən ərazidə 2 ədəd 5000 kubmetrlik su anbarının tikilməsi nəzərdə tutulub.

Rayon rəhbəri onu da qeyd etmişdir ki, indiyədək Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16, bir 24, bir 54 mənzilli yaşayış binaları, həmçinin fərdi evlər tikilib istifadəyə verilib. Onlarla əlil avtomibil və əlil arabası ilə təmin olunub. Hazırda rayon mərkəzində və kəndlərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 10 fərdi evin tikintisi aparılır.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Sahib Alıyevdə ölkəmizdə və Tərtər rayonunda gedən sürətli sosial-iqtisadi inkişafdan, aparılan geniş tikinti-quruculuq işlərindən danışıb.

Tədbirdə çıxış edən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri Milli Qurtuluş günündə mənzillə təmin olunmalarını həyatlarının ən sevincli hadisələrindən biri olduğunu deyərək, göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillərin orderləri təqdim olunduqdan sonra binaya baxış keçirilib. Binadakı mənzillər su, qaz, istilik sistemi, mətbəx mebeli ilə təmin edilib, həyətində abadlıq işləri aparılıb.
BOLGEXEBER.COM
Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillər verildi-FOTO
Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillər verildi-FOTO
Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillər verildi-FOTO