BolgeXeber.Com » Bölgə » Heydər Əliyev Mərkəzində təntənəli nikah mərasimi keçirilmişdir-FOTO

Heydər Əliyev Mərkəzində təntənəli nikah mərasimi keçirilmişdir-FOTO

16-06-2015, 10:10
Oxunub: 5 264 Heydər Əliyev Mərkəzində təntənəli nikah mərasimi keçirilmişdir-FOTOİyunun 13-də Heydər Əliyev Mərkəzində iki gəncin- Tərtər şəhər sakinləri İsmayılov Nəriman Cavanşir oğlu ilə Bayramova Nigar Nadir qızının təntənəli nikah mərasimi keçirilmişdir

Nikah mərasimində gənclərin yaxınları, rayon icra hakimiyyətinin nümayəndələri, nikah şöbəsinin əməkdaşları və Heydər Əliyev Mərkəzinin işçiləri iştirak etmişlər. Nikah mərasimindən öncə gənclər Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstü önünə gül dəstələri qoymuşlar.
Sonra mərkəzin geniş və yaraşıqlı foyesində nikah aktının imzalanması mərasimi oldu. Mərasim iştirakçıları ölkəmizdə gənc ailələrə göstərilən dövlət qayğısından söhbət açmış, yeni ailə quran cütlüyə xoş arzularını bildirmişlər.
Qeyd olunmuşdur ki, Ulu Öndər həmişə ailəni dövlətin vacib elementi hesab edib və ona görə də bu sahəyə qayğı ilə yanaşıb. Ümummilli Liderin siyasi kursunu layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də gənc ailələrə daim böyük önəm verir və ölkəmizdə bu istiqamətdə mühüm layihələr həyata keçirilir.
Yeni ailə quranlar və onların doğmaları bu günün onların həyatında əlamətdar hadisə olduğunu və nikah mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını vurğulayıb və dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Mərasimdə yeni ailə həyatı quran gənclərə rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.
BOLGEXEBER.COM
Heydər Əliyev Mərkəzində təntənəli nikah mərasimi keçirilmişdir-FOTO
Heydər Əliyev Mərkəzində təntənəli nikah mərasimi keçirilmişdir-FOTO
Heydər Əliyev Mərkəzində təntənəli nikah mərasimi keçirilmişdir-FOTO