BolgeXeber.Com » Bölgə » Azərbaycan Aqrar Universitetində imtahanların “qiyməti” qalxıb

Azərbaycan Aqrar Universitetində imtahanların “qiyməti” qalxıb

17-06-2015, 12:16
Oxunub: 1 193 Azərbaycan Aqrar Universitetində imtahanların “qiyməti” qalxıbRektor İbrahim Cəfərovun göstərişi ilə ADAU-da təhsil alan tələbələrdən hər imtahan üçün artıq 50 manat rüşvət alınır

Son vaxtlar ölkə mətbuatında dərc olunan məlumatlarda, fəliyyətində ciddi nöqsanların olduğu bildirilən ali təhsil müəssisələrindən biri kimi də Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) adı çəkilir. O cümlədən Gəncədə olan mənbələr tərəfindən redaksiyamıza təqdim olunan açıqlamalarda da ADAU-nun rektoru İbrahim Cəfərovun yol verdiyi özbaşınalıqlar nəticəsində bu universitetdə təhsilin səviyyəsinin kəskin şəkildə aşağı düşdüyü bildirilir. Məlumatlarda qeyd olunur ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən bu ali təhsil müəssisəsində hazırda müxtəlif qanunsuzluqlar baş alıb gedir. Qeyd edək ki, Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Unversiteti kənd təsərrüfatı sahəsi üçün mütəxəsislər yetişdirir. Unversitetdə Aqronomluq, Aqrotexnologiya, Baytarlıq Təbabəti və Əcazçılıq fakultəsi, Elektroenergetika və İnformasiya Texnologiyaları, Mühəndislik, Aqrar İqtisadiyyat fakultələri mövcuddur. Mənbələr iddia edirlər ki, bu gün ADAU-da təhsil alan tələbələrdən hər imtahan üçün artıq 50 manat rüşvət alınır. Eyni zamanda da, bir çox tələbələr var ki, onlar ildə bir dəfə unversitetə təşrif buyururlar və həmin tələbələr unversitet rəhbərliyinə illik müəyyən olunmuş məbləğ verirlər. Maraqlıdır ki, hələ ötən il yayımlanan məlumatlarda ADAU-ya tələbələrin testdən kənar qəbulu barədə ilginc açıqlamalar təqdim olunmuşdu. Məlumata görə TQDK-nın test imtahanlarından keçə bilməyən bir çox tələbələr unversitetin vakant yerlərinə daxili imtahan adı altında qəbul olunurdular. Mənbə iddia edirdi ki, unversitetin daxili imtahanı formal xarakter daşıyır və sadəcə qanunsuz tələbə qəbulunu qanuniləşdirmək məqsədi ilə yaradılıb. Unversitetə qəbul olmaq üçün isə ən azı 6-8 min manat arası rüşvət verildiyi bildirilirdi. Həmçinin bir müddət əvvəl Hesablama Palatasının Dövlət Aqrar Universitetində apardığı yoxlamalar nəticəsində “ölü canlar” maxinasiyası vasitəsilə 500 min manatlıq dövlət vəsaitinin mənimsənilməsi faktının aşkarlandığı faktı gündəmə gəlmişdi. Bu xüsusda redaksiyamıza daxil olan məlumatda göstərilirdi ki, həyata keçirilən maxinasiya birbaşa rektor İbrahim Cəfərovun göstərişi ilə baş verib. Belə ki, Aqrar Universitetin nəzdində olan 5 elmi sahəvi labaratoriyalarda (Torpağın və ətraf mühitin ekoloji monitorinqi, Taxıl və paxlalı bitkilər, Meyvə tərəvəz və suptropik bitki genefondunun yaradılması becərilmə texnologiyasının işlənməsi, Qoyunların infeksiyon xəstəliklərinii öyrənən sahəvi-elmi tədqiqat, Aqrar sahədə alternativ enerji mənbələrindən istifadə labaratoriyaları) təcrübə aparan işçilərin sayı azı 5 dəfə artırılıb və həmin “ölü can”ların adına əmək haqqı yazılaraq götürülüb. Bundan başqa Universitetin 4 laboratoriyasında 70-dən çox şəxsin adı iş cədvəlində yazılsa da əmək haqqlarının rektor İbrahim Cəfərova çatdırıldığı bildirilirdi. Həmçinin məlumatlarda o da vurğulanır ki, Aqrar Unversitet rəhbərliyinin qazanc mənbəyindən biri də təhsil ocağında işləyən müəllimlərin və tələbələrin adına yazılan sanatoriya putovkalarının satdırılmasıdır. Putovkalar isə Həmkərlar Təşkilatlarının xətti ilə satılır. Qeyd olunur ki, Dövlət Aqrar Unversitetinin nəzdində 4 həmkərlar təşkilatı, Azad Həmkərlar İttifaqı Komitəsi, Tələbə Azad Həmkərlar Komitəsi, Tələbə Elmi Cəmiyyət və Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir. Unversitet müəllimlərinin və tələbələrin adlarına yazılan sanatoriya və maddi yardım maxinasiyaları isə, məhz iki həmkərlar təşkilatının, Azad Həmkərlar İttifaqı Komitəsi və Tələbə Azad Həmkarlar Komitəsinin əli ilə həyata keçirilir. Lakin bütün bu qanun pozuntularına baxmayaraq İbrahim Cəfərov yenə də məsuliyyətdən yaxa qurtara bilib. Yeni aldığımız məlumatlarda isə, hətta hazırda davam edən sessiya imtahanlarına görə pul yığımlarının həyata keçirilməsinə dair tələblərin, rektor tərəfindən bir qədər də sərtləşdirildiyi bildirilir...

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq
bizimdovr.az