BolgeXeber.Com » Bölgə » Şahin Məmmədov prezidenti aldatdı: qoyun qalmaqalı… – VİDEO

Şahin Məmmədov prezidenti aldatdı: qoyun qalmaqalı… – VİDEO

19-06-2015, 11:36
Oxunub: 10 809 Şahin Məmmədov prezidenti aldatdı: qoyun qalmaqalı… – VİDEO“Şahin Məmmədov və qeyriləri onu saxta məlumatlarla aldadır və insanları dövlətdən və şəxsən cənab prezidentdən narazı salırlar”

Ağcabədi rayonunun yuxarı Qiyamallı kənd sakini Allahverdi Əliyev cumhuriyyət. az. ın elektron poçtuna şikayət məktubu göndərib. Məktubda rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun qanunsuz əməllərinə qəti etiraz bildirilir. Şikayət məktubunu olduğu kimi sayğılı oxucularımızın mühakiməsinə təqdim edirik:
“Mən Allahverdi Əliyev Ağcabədi rayonu yuxarı Qiyamallı kənd sakiniyəm. Bu ərazilər tarixən dədə-babalarımızın qış yataqları olub. Bizlər buralarda maldarlıqla, qoyunçuluqla və sair təsərrüfat işləri ilə məşğul olmuşuq. Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov bizlərə təzyiq edir ki, şələ-külənizi yığın bu torpaqlardan çıxın gedin deyir. Biz buna görə dövlətimizdən, onun başçısından kömək istəyirik. Buralar bizim qədim torpaqlarımızdır. İndi necə başa düşək bizlər dövlət səviyyəsində deportasiya olunuruq? Hazırda biz burada 1000 min baş qoyun və 100 yüz baş qara mal saxlayırıq. Bilmirik ki, bizi buralardan çıxardıqdan sonra bu heyvanları hara aparacağıq, necə yerləşdirəcəyik?Bizim bircə çıxış yolumuz qalır ki, bu heyvanları məhv edək. Biz bütün ailəmizlə burada yaşayıb dolanırıq. Ailəmizin başqa dolanışıq yeri yoxdur. Bizlərdən bu torpaqları almaq istəyənlər bilsinlər ki, torpaqlarımızın 20% ermənilər tərəfindən işğal olunub. Belə torpaqsevərdilərsə, belə zəhmətə qatlanandılarsa getsinlər ermənilərin işğal etdikləri ərazilərimizi geri qaytarsınlar. Ağcabədi rayon rəhbərliyi Bakıya saxta məlumat verib ki, güya bu torpaqlar istifadəsizdir və burada cəmisi 7000 min baş qoyun saxlanılır. Lakin hər il kənd təsərrüfatı nazirliyinin baytarlıq idarəsindən bu ərazidə 250. 000 min baş qoyunun vaksinasiyası aparılıb adı ilə sənədləşmə aparılır. Bəs bu nədir, deyilən nədir? Yəni ya bunlar dövləti aldadırlar, ya da rəsmi olan sayı gizlədirlər. Əgər ərazidə bu qədər qoyun yoxdursa bu sayda qoyun üçün vaksinasiya necə aparılıb?Deməli külli miqdarda yeyinti və mənimsəmə baş verib. Mən dövlətimizin başçısı cənab İlham Əliyevdən icra başçısı Şahin Məmmədovun qanunsuz əməllərinə son qoyması üçün tədbir görməsini xahiş edirəm. Qoy cənab prezident bilsin ki, Şahin Məmmədov və qeyriləri onu saxta məlumatlarla aldadır və insanları dövlətdən və şəxsən cənab prezidentdən narazı salırlar”.