BolgeXeber.Com » Bölgə » ŞOK: "Dəmirbank"ın Sumqayıt filialında görünməmiş özbaşınalıq....

ŞOK: "Dəmirbank"ın Sumqayıt filialında görünməmiş özbaşınalıq....

19-06-2015, 18:31
Oxunub: 3 786 ŞOK: "Dəmirbank"ın Sumqayıt filialında görünməmiş özbaşınalıq.... Vətəndaşın adına xəbəri olmadan külli miqdarda kredit götürüblər və...

Sumqayıt şəhəri ,18 mik/n ,ev 30 mənzil 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri , ”Qızılqum “qəsəbəsi ,ev 2 mənzil 9 ünvanında yaşayan
II qrup Qarabağ müharibəsi əlili, Rəşidov Azər Nəriman oğlu redaksiyamıza müraciətində başına gələn ilginc bir olaydan danışır. Narazı vətəndaşın bildirdiklərini təqdim edirik:

"2-ci qrup Qarabağ müharibəsi əlili olaraq Sumqayıt şəhər İcra hakimiyyətinin mənzillərin bölüşdürülməsı və qeydiyyatı şöbəsində güzəştli mənzil növbəsinə dayanmaq üçün tələb olunan sənədlərdən biri də - adıma kredit olub olmaması barədə Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri xidmətindən arayış tələbidir .

Mən bu arayışın alınması üçün 05.02.2014-ci il tarixdə Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri xidmətinə ərizə ilə müraciət etdim. Ərizəmə cavab olaraq mənə 05.02.2014-ci il tarixli 19-5/934 saylı mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış təqdim olundu. Reyestrdən çıxarışa əsasən mənə məlum oldu ki, “DəmirBank” ASC-də 25 dekabr 2007-ci il tarixdən adıma vaxtı keçmiş 32440,20 manat kredit və 47942,27 manat faiz borcu vardır. Bu arayışı alandan sonra mən çox əsəbiləşdim.Bu hadisə ilə əlaqədar keçirdiyim stresslə bağlı səhhətimdə yaranan problemlərin müalicəsi üçün həkimə müraciət etməli oldum".

Daha sonra fırıldaq qurbanı olan narazı vətəndaş dia.az-a yazır: "Bundan sonra MKR-dən verilən arayışa müvafiq olaraq “DəmirBank “ASC Sumqayıt filialından kreditin hansı müqaviləyə əsasən mənim adıma rəsmiləşdirilməsi,kim tərəfindən mənim əvəzimə götürülməsi, əgər səhv məlumatdırsa dərhal adımdan silinməsi ,əks halda hüquq mühafizə orqanlarına müraciət edəcəyim barədə sifarişli məktub ünvanladım. Lakin mənim məktubuma bankdan bu günədək heç bir cavab verilməmişdir. Bu da bank tərəfindən “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” Azərbaycan Respublikası qanunun kobudcasına pozulmasıdır.

Üstündən xeyli vaxt keçməsinə rəğmən şifahi olaraq dəfələrlə”DəmirBank “ASC Sumqayıt filialından məktubuma cavab verilməsini istədim. Lakin yenə də hec bir məlumat ala bilmədim.

Adıma rəsmiləşdirilən saxta kreditlə bağlı 15.01.2015-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət etmişəm. Ərizəm prokurorluqda 21.01.2015-ci il tarixdə 09/315714 daxil olma nömrəsi ilə qeydiyyata alınmışdır. Baş Prokurorluğun korrupsiyaya qarşı mübarizə baş idarəsindən mənə bildirildi ki,adına olan saxta kreditin bağlanmasına köməklik ediləcəkdir.
Bundan sonra 23.02.2015-ci il tarixdə “Dəmirbank” ASC Sumqayıt filialından adıma olan 50000 AZN kreditin bağlanılması barədə arayış təqdim edildi. Mən 02.03.2015-ci il tarixdə “DəmirBank” ASC Sumqayıt filialına 50000 AZN kreditin adıma kim tərəfindən götürülməsi,kim tərəfindən ödənilməsi barədə məlumat verilməsi barədə poçtla rəsmi məktub göndərsəm də bu günədək məktubuma cavab ala bilməmişəm.
11.03.2015-ci il tarixdə təkrarən Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri xidmətindən çıxarış aldım. Reyestrdən aldığım yeni çıxarışa əsasən mənə məlum oldu ki, “DəmirBank” ASC-də 11.03.2015-ci il tarixinə adıma vaxtı keçmiş 32440,20 manat kredit və 51550,40 manat faiz borcu vardır.

Nəzərinizə çatdırıram ki, adıma rəsmiləşdirilən saxta kreditin nəticəsində banklardan kredit ala bilməməyim səbəbindən mənim sahibkarlıq fəaliyyətim də iflasa uğramışdır. Mən külli miqdarda maddi və mənəvi zərər çəkmişəm.

Sizdən artıq dərəcədə xahiş edirəm Qarabağ əlili olmağımı, öhdəmdə 5 azyaşlı uşağın olmasını, hal-hazırda ağır psixoloji sarsıntı içərisində olmağımı nəzərə alıb bu məsələlərə hüquqi qiymət verilməsində ,problemin həll olunmasında mənə köməklik edəsiniz".

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...