BolgeXeber.Com » Bölgə » Növbəti səyyar qəbul-görüş Soyulan kəndində keçirilib - Tərtərdə

Növbəti səyyar qəbul-görüş Soyulan kəndində keçirilib - Tərtərdə

20-06-2015, 11:34
Oxunub: 3 621 Növbəti səyyar qəbul-görüş Soyulan kəndində keçirilib - TərtərdəCəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır

BOLGEXEBER.COM xəbər verir ki,rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər görülür.
Belə görüşlərdən biri də iyunun 19-da rayonun Soyulan kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişlər.
Əvvəlcə Soyulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mətləb Əsədov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat verdi, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında ətraflı danışdı. Bildirdi ki, 137 təsərrüfat, 471 hektar ərazisi olan kənddə 616 nəfər əhali yaşayır.
Səyyar qəbulda iştirak edən sakinlərdən Akif Xəlilov, Afaq Məmmədova, Əlövsət Səfərov, Mahir Məmmədov, Əşrəf Sadıqov, Yaqub Ağayev, Bağdagül Həsənova, Əliş Aslanov və digərləri çıxış edərək rayon mərkəzindən kəndlərinə gələn yolun yenidən tikilərək sakinlərin istifadəsinə verilməsindən, bütün evlərə telefon xəttinin çəkilməsindən, eləcə də son aylarda rayonumuzda geniş vüsət alan abadlıq-quruculuq işlərindən danışdılar.
Sakinlər əsasən suvarma su təminatının yaxşılaşdırılması, köhnəlmiş elektrik dirəklərinin, naqillərin dəyişdirilməsi, kəndə qaz çəkilişinin sürətləndirilməsi və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar qəbul-görüşü yekunlaşdıran Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki, səyyar qəbulun keçirilməsində məqsəd kənd ərazisində yaşayan əhalinin problemlərini yerindəcə öyrənmək, onların qaldırdıqları problemlərin operativ həlli ilə əlaqədar müvafiq tapşırıqların verilməsi və onların həllinin təmin olunmasıdır.
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapmış, digər məsələlərin həlli istiqamətində isə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.
BOLGEXEBER.COM
Növbəti səyyar qəbul-görüş Soyulan kəndində keçirilib - Tərtərdə
Növbəti səyyar qəbul-görüş Soyulan kəndində keçirilib - Tərtərdə
Növbəti səyyar qəbul-görüş Soyulan kəndində keçirilib - Tərtərdə