BolgeXeber.Com » Bölgə » Elxan Usubovun diqqətinə: Şəkidə “Heydər bulağı” baxımsız qalıb-FOTO

Elxan Usubovun diqqətinə: Şəkidə “Heydər bulağı” baxımsız qalıb-FOTO

23-06-2015, 15:57
Oxunub: 4 535 Elxan Usubovun diqqətinə: Şəkidə “Heydər bulağı” baxımsız qalıb-FOTOGörəsən Azərbaycanın qurucusu Heydər Əliyevin adını daşıyan bu bulağa bu qədər biganə yanaşmaq nə qədər doğrudur?

Xalqımızın daima axar suya, bulağa xüsusi hörməti, münasibəti olub. Ona görə bu nemətin qorunması, yeni bulaqların açılışı daim təntənə ilə qeyd olunub. Növbəti belə bulaq açılışı Şəkinin Qayabaşı kəndində keçirilmişdi. Bulağın açılışına toplaşanlar dünyadakı su qıtlığı fonunda şəfalı Azərbaycanımızın çaylar, bulaqlar və göllərlə zəngin olduğunu diqqətə çatdıraraq bu cür su mənbələrin dəyərinin əvəzsiz olduğunu vurğuladılar. Bu canlı su bulağının tikilməsi təbii su qaynaqlarına olan diqqətin bir nümunəsi kimi qiymətləndirildi. Lakin az müddət keçdikdən sonra Ulu Öndərin adını daşıyan bu bulaq kəndin bələdiyyə sədri və icra nümayəndəsinin biganəliyi ucbatından baxımsız vəziyyətdə qalmaqla yanaşı, pis hala düşüb. Görəsən Azərbaycanın qurucusu Heydər Əliyevin adını daşıyan bu bulağa bu qədər biganə yanaşmaq nə qədər doğrudur? Hər halda bu iki idarə rəhbəri düşünməlidirlər ki, bulaqlar bizim sərvətimizdir və bulaq dahi şəxsiyyətin adını daşıyır. Yoxsa bulağın ətrafına heyvaları buraxaraq, məhv etmək lazım deyildi. Bu gün ölkəmizin hər bir yerində Heydər Əliyevin xatirəsinə abidələr ucaldılır, parklar salınırsa, belə “idarə rəhbərləri” tərəfindən həmin tikililərə, parklara hörmətsiz, laqeyd yanaşılır. Kənd sakinlərinin xalqxeber.az-a verdikləri məlumata görə, artıq xeyli vaxtdır ki, bulağın su xəttləri icra nümayəndəsi və bələdiyyə sədri tərəfindən k əsilib və bulağın ətrafında olan “raşotka”ların müəyyən hissəsi sökülüb. Su gələn yer isə zibillə dolub. Kəndlilərin sözlərinə görə, heç kim bura ilə maraqlanmır: Müvafiq idarələrə, icra hakimiyyətinə dəfələrlə müraciət etmişik. Ancaq icra hakimiyyətindən bildiriblər ki, növbə gələndə baxılacaq. Başa düşə bilmirik ki, ”Heydər bulağı” nəyə görə növbə gözləməlidir? Axı dahi şəxsiyyət bizə görə bütün ömrünü fəda edib. Hətta bizim icra başçımız da müraciətimizə baxmayıb. Əgər müraciətimizə baxsaydı buranı təmir etdirərdi. Düşünmək lazımdır ki, Heydər Əliyev millətdən ötəri canını qurban verməyə hazır bir şəxsiyyət idi. Amma indi bizim məmurların Ulu Öndərə göstərdiyi münasibətə baxın. Heydər Əliyevə belə münasibət bəslənirsə, onun adını daşıyan bulağı zibil basırsa, özümüzü təhqir olunmuş hesab edirik. Hər gün bu bulağın yanından neçə gənc keçir. Hamısı da bu natəmizliyi, zibilliyi görür. Bu halda hansı vətənpərvərlikdən və dövlətçilikdən danışa bilərik?!” Kənd sakinlərindən aldığımız video-müsahibəni növbəti sayımızda təqdim edəcəyik. Hələlik isə şəkilləri sizlərə təqdim edirik. Şəkinin Qayabaşı kəndinin icra nümayəndəsi və bələdiyyə sədrinin mövqeyini öyrənməyə hazırıq.
Elxan Usubovun diqqətinə: Şəkidə “Heydər bulağı” baxımsız qalıb-FOTO
Elxan Usubovun diqqətinə: Şəkidə “Heydər bulağı” baxımsız qalıb-FOTO
Elxan Usubovun diqqətinə: Şəkidə “Heydər bulağı” baxımsız qalıb-FOTO