Göyçayda möhtəşəm qazpulu oğurluğu
31-01-2012, 14:00
Oxunub: 5 415
Qaz İstismar İdarəsinin işçisinin yığdığı pulun taleyi məlum deyil, əhali isə qışın oğlan çağında «mavi yanacaq»sız qalıb
Göyçayda möhtəşəm qazpulu oğurluğu baş verib. Bolgexeber.com-a rayondan verilən məlumata görə, Göyçay Qaz İstismar İdarəsinin əməkdaşı yerli sakinlərdən istifadə olunan qazın və sayğacların idarədə qeydiyyata alınması üçün yığdığı pulu hesaba köçürməyib. Pulu yığan zaman isə vətəndaşlara bildirib ki, qısa müddətdən sonra məsələləri həll edəcək.
Lakin həmin müddətdən bir xeyli vaxt keçəndən sonra, daha doğrusu qışın oğlan çağı Göyçay Qaz İdarəsinin rəhbərliyi əhaliyə verilən «mavi yanacağı» dayandırıb. Sakinlər pullarını ödədikləri halda, qışın soyuğunda təbii qazsız qalmalarından idarəyə şikayət etsələr də, qurumun rəhbəri bildirib ki, onlara bir qəpik də olsun pul ödənilməyib. Ona görə də, əhaliyə verilən qaz nəzərdə tutulan məbləğ ödənilməyənə qədər verilməyəcək.
Bu barədə danışan göyçaylılardan biri bildirib ki, onlardan pulu yığan şəxs idarənin əməkdaşı Atəş adlı şəxs olub. Hal hazırda isə həmin şəxsin Qaz İdarəsinin ərazilərindən birinə yeri dəyişdirilib. Qaz İdarəsinin nəzarətçisinin bu qədər pulu mənimsəməsinə baxmayaraq, onun haqqında ölçünün götürməməsini heç cür özü üçün izah edə bilməyən rayon sakini idarə müdiri ilə Atəş adlı nəzarətçinin əlbir olduğunu düşünür. «İdarənin müdiri deyir ki, onluq məsələ yoxdur. Bizə bildirir ki, problemlərimizin həlli üçün Atəşi məhkəməyə verək. Amma bu necə mümkün ola bilər ki, əhalini aldanan nəzarətçi bu qədər pulu yığaraq, təkbaşına mənimsəyib? Üstəlik, ondan şikayətçi olduğumuz halda Atəşi işdən çıxarmaq barədə düşünmür. Demək, onların əlbir olduqlarını düşünmək üçün əsasımız var».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər