BolgeXeber.Com » Bölgə » Ailənin 5 üzvü dəm qazından zəhərlənib

Ailənin 5 üzvü dəm qazından zəhərlənib

31-01-2012, 14:00
Oxunub: 4 678 Azərbaycan paytaxtında bir ailənin bütün üzvləri dəm qazından zəhərlənib.

Bu barədə Sabunçu rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün səhər saatlarında Bakının Pirşağı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri, 49 yaşlı Ədalət Eyvazov, onun həyat yoldaşı, 44 yaşlı Məhəbbət Eyvazova, övladları – 24 yaşlı Ləman Eyvazova, 18 yaşlı Gülüş və 15 yaşlı İman yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya aparılıb. Onlardan Ə. Eyvazovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır