BolgeXeber.Com » Bölgə » Ramil Usubovdan yeni rəis təyinatları

Ramil Usubovdan yeni rəis təyinatları

1-02-2012, 16:45
Oxunub: 4 381 Beş rayonun polis rəisləri dəyişdirildi

Daxili işlər naziri Ramil Usubov rəhbərlik etdiyi qurumda kadr dəyişikliyi ilə bağlı sərəncam imzalayıb. Nazirlikdən Bolgexeber.com-a daxil olan məlumata görə, general-polkovnik Ramil Usubovun əmri ilə Yardımlı rayon Polis Şöbəsinin rəisi Şamil Seyidli Ağcabədi rayonuna rəis təyin edilib. Ağcabədi RPŞ-nin rəisi Təhmasib İbrahimov isə Beyləqan rayonuna göndərilib. Suraxanı rayon 30-cu polis bölməsinin rəisi Fəqan Azadəliyev Yardımlı rayonuna rəis təyin edilib. Gədəbəy RPŞ-nin rəisi Şirzad Əsgərov Göygöl, Göygöl RPŞ-nin rəisi Məhərrəm Quliyev isə Gədəbəy RPŞ-ə təyinat alıb.