BolgeXeber.Com » Bölgə » Ağsu-Şamaxı yolu bağlanıb

Ağsu-Şamaxı yolu bağlanıb

2-02-2012, 15:05
Oxunub: 4 900 Bölgələrə avtobusların azlığı və hava şəraiti ilə bağlı avtobusların hərəkətində fasilələr yaranıb

Ölkənin bölgələrinə avtobuslar sərnişin azlığı və hava şəraiti ilə əlaqədar gecikmə ilə yola çıxır. Beynəlxalq Avtovağzal Kompleksindən Bolgexeber.com-a verilən məlumata görə, Ağsu-Şamaxı və Qəbələ-İsmayıllı avtomobil yolları buz bağladığından bu yollardan istifadə olunmur. Respublikanın Şimal istiqamətində hərəkət edən avtobuslar yolun vəziyyətindən və hava şəraitindən asılı olaraq gecikmə ilə hərəkət edirlər.