İcra başçısı müğənnini otağından qovdu
16-07-2015, 20:00
Oxunub: 4 834
Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərov bir müddət əvvəl evi yanan müğənni Şəhriyar Məhərrəmovu otağından qovub
Müğənninin atası, Yenikənd kənd orta məktəbinin müəllimi Tofiq Məhərrəmov milli.az-a müraciət edib ki, 7 nəfər ailə üzvünün yaşadığı qəzalı evi bir neçə gün əvvəl yanıb. Ev yanmazdan qabaq qəzalı vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Heç bir tədbir görülməyib. Artıq həmin ev də yanaraq məhv olub. Düz 65 il öncə məhəllənin ən çökək yerində tikilən ev sırf diqqətsizliyin güdazına gedib.
Dünən də ailə üzvləri ilə basçı C.Cəfərovun qəbulunda olublar. Başçı bildirib ki, evin bərpası üçün ayıracaq vəsaiti yoxdur. Gedin, kənd camaatı pul yığıb evi tiksin. Sonra isə kobud şəkildə onları otağından qovub.
Rayon icra başçısı C.Cəfərov köməkçisi Mirmahmud Mahmudov vasitəsilə həmin ailənin qəbulunda olmasını təsdiqləyib. Onlara bildirildi ki, həmin ev sığortalı olmayıb. İllik 30 manat məbləğində sığorta olunmış ev olsaydı... İcra hakimiyyətinin həmin evin təmiri üçün ayrılacaq vəsaiti yoxdur.
M.Mahmudov həmin ailənin otaqdan qovulmasını isə yalan adlandırıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər