Füzulidə iftar süfrələri açılmışdır-FOTO
17-07-2015, 10:48
Oxunub: 4 972
Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır
Bolgexeber.com bildirir ki,Müqəddəs Ramazan bayramı münasibətilə Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Horadiz şəhərində, Bala Bəhmənli kəndində və 1 №-li Qayıdış qəsəbəsində şəhid ailələri, Qarabağ əlilləri, imkansız ailələr və dindarlar üçün iftar süfrələri təşkil olunmuşdur. Dindarların, imkansız şəxslərin, qocaların, şəhid ailələri üzvlərinin, veteranların, məcburi köçkünlərin iştirak etdikləri iftar mərasimlərində Qurani-Kərimdən ayələr oxunmuş, dualar edilmiş, şəhidlərin ruhu yad edilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda təşkil olunan iftar süfrələri ölkəmizin ənənəvi tolerantlığını və sıx birliyini nümayiş etdirir.
Bayram münasibəti ilə rayon ərazisində həmçinin Bakı, Sumqayıt, Şirvan şəhərlərində, o cümlədən ayrı–ayrı rayonlarda məskunlaşmış şəhid ailələri, Qarabağ əlilləri və maddi vəziyyəti ağır olan ailələrə bayram sovqatları verilmişdir.
Rayonun bir çox yaşayış məntəqələrində iftar süfrələri təşkil olunmuşdur.
İftar süfrəsinə qatılanlar diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər