BolgeXeber.Com » Bölgə » Şəmkirdə millətin qəsdinə duran kimdir?

Şəmkirdə millətin qəsdinə duran kimdir?

20-07-2015, 12:52
Oxunub: 2 603 Şəmkirdə millətin qəsdinə duran kimdir? “Sahə artezianlarının işıqları tez–tez yandırılıb–söndürülür ki"...

“Sahə artezianlarının işıqları tez – tez yandırılıb – söndürülür ki, artezian transfarmatorları xarab olsun”.

Hafta.az-a daxil olan müraciətdə deyilir ki, Şəmkir Subartezian İdarəsinin özbaşınalıqları son həddə çatıb. Redaksiyamıza müraciət edən rayonun Qasım İsmayılov kənd sakini Sübhan Mustafayev bildirir ki, idarənin balansında olan su artezian quyuları tez – tez xarab edilir:


“Bu artezian quyuları dövlətin balansındadır. Ancaq əkin sahələrimizi sulaya bilmirik. Yonca sahələrinin daha çox su istədiyi bu aylarda su üzünə həsrət qalmışıq. Buna da səbəb işıqların tez – tez yandırılıb söndürülməsi və artezianların matorlarının xarab olmasıdır”.


Sübhan Mustafayev deyir ki, artezian qurğuları idarənin balansında olsa da onları idarə yox, sakinlər özləri təmir edirlər:


“Əslində biz təmir etməməliyik. Ancaq idarə də təmir məsuliyyətini öz boynundan atır. Biz də adam başına zərərin pulunu bölüb artezianımızı təmir etdiririk. Özü də idarənin işçiləri təmir edirlər. Halbuki bütün bunlar pulsuz edilməlidir. Üstəlik hər ay istifadə etdiyimiz suyun pulundan əlavə rüşvət də tələb edirlər”.


Şikayətçinin bildirdiyinə görə, işıqları tez – tez yandırıb söndürməkdə məqsəd təzəcə güc – bəla ilə düzəldikləri motoru yenidən xarab etməkdir və pul qazanmaq niyyətləri güdülür:


“İl boyu çəkdiyimiz əziyyəti yerə vururlar. Bizi təngə gətiriblər. Yenə düzəltdirəcəyik üç – beş gün işləyəcək. Sonra yenə “şit”i yandıracaqlar. Yenə də aparıb idarədə öz pulumuzla motor sarıtdıracağıq”.


Hafta.az məsələni araşdırmağa başladı. Məlum oldu ki, bu subartezyan idarəsinin həmin kənd üzrə əməkdaşları da olduqca acınacaqlı vəziyyətlə üzləşiblər. Belə ki, onların maaş kartları idarə rəhbərliyində saxlanılır. Üstəlik onların maaşlarının böyük bir hissəsini ala bilmirlər. Həmin əməkdaşlara isə ayda cəmi 80 manat pul ödənilir.


Məsələnin kökünə varmaq üçün Melorasiya və Su təsərrüfatı Komitəsi ilə əlaqə saxladıq. Şikayətin məzmununu onlara bildirdik. Komitədən bildirdilər ki, ən yaxın zamanda məsələ araşdırılacaq və lazımi ölçülər götürüləcək.

Qeyd edək ki, bu tip problemlərlə bağlı son vaxtlar bölgələrdən gələn şikayətlər xeyli artıb.
Bolgexeber.com
Şəmkirdə millətin qəsdinə duran kimdir?