İcra başçısı otlaq sahələrini özünün varlanma poliqonuna çevirib
21-07-2015, 16:45
Oxunub: 1 500
Gədəbəydə yeni töycü növü tətbiq olunur
Rayon ərazisindəki otlaqlara sürülər pul müqabilində buraxılır. Pul verməyənlərin qoyunları tövlədə saman yeyir. Gülməlidir, amma bu bir reallıqdır. Gədəbəydən aldığımız məlumata görə, icra başçısı Ramiz Yediyarov otlaq sahələrini özünün varlanma poliqonuna çevirib. Sürüləri yaylağa buraxmaq üçün qoyun başına pul yığdırır.
Bu işə başçının müavini - aqrar məsələlər şöbəsinin müdiri Rüstəm Nağıyev baxır. Kim sürüsünü Gədəbəy dağlarındakı yaylaqlara buraxmaq istəyirsə, Rüstəm Nağıyevə hər qoyuna görə 1 manat ödəməlidir. Hazırda Gədəbəy dağlarındakı sürülərdə 100 minə yaxın qoyun olduğu bildirilir. Qazanc da adekvatdır. Qeyd olunur ki, bu qaydanın tətbiqi yerli sakinləri çətin vəziyyətə salıb.
Məmurların sürülərində olduğundan qat-qat az qoyunu olan yerli sakinlər onlardan tələb olunan pulu vermək məcburiyyətində qalıblar. Bu isə onların büdcəsinə ziyan vurur. Qaydanın tətbiqindən sonra qoyunları satan yerli sakinlər də olub. Beləcə yerli sakinləri məhdud gəlir sahələrindən olan qoyunçuluqdan əllərini üzməsi baş verir.
Bu gedişlə yaxın illərdə kasıbların qoyunçuluqla məşğul olması da aradan qalxacaq. Yerli sakinlərin qoyun sürülərinin əvəzinə yaylaqlara oliqarx-məmurlarımızın sürüləri çıxarılmaqdadır. Bu, R.Yediyarovun işinə yarayır. Sabiq-vitse primyer Abbas Abasovun, keçmiş təhsil naziri Misir Mərdanovun, Bəylər Əyyubovun, Ziya Məmmədovun, Vasif Talıbovun, “Qaçqınkom”un sədri Əli Həsənovun, baş nazirin 1-ci müavini Yaqub Eyyubovun, Hacıbala Abutalıbovun, şeyx Hacı Allahşükür Paşazadənin Bakının və kənd rayonlarının əksər polis rəislərinin, bəzi icra başçılarının, bir sıra komitə sədrlərinin, deputatların qoyun və mal-qara sürülərinin varlığı haqda xəbərlər əvvəllər də tirajlanıb.
Gədəbəy dağlarında hazırda otlayan sürülərin böyük hissəsi də məmur-oliqarxlarındır. Onları fermerə çevirən maraqlı səbəblər var. Məlumdur ki, iqtidardakı iri və orta ranqlı məmurların demək olar ki, hamısı bizneslə məşğuldur. İri obyektləri - restoranları, şadlıq sarayları, əyləncə mərkəzləri də saysız-hesabsızdır. Bütün bu obyektlərdə qoyun-quzu ətinə olan gündəlik tələbatı öz fermer təsərrüfatları hesabına ödənilir.
Büdcədən oğurlanan pullar qoyun-quzuya yatırılmaqla “yuyulur”, həmin qoyun-quzunun kökəldilməsi və sonradan iaşə obyektlərində ətinin satışı hesabına üstəlik artırılır da. Vəziyyətin belə olması otlaq sahələri olan rayonların icra başçılarının da işinə yarayır. Uduzan təkcə yerli və dayağı olmayan fermerlərdir.
Qeyd edək ki, bir müddət əvvəl Goranboyun Meşəli kəndi ərazisindəki otlaq sahələrinə çobanların buraxılmaması haqda məlumat almışdıq. Bildirilirdi ki, 20-yə yaxın çoban ailəsindən 400-800 manat arası pul və ya qoyun-quzu alıb onların sürülərini otlaq sahələrə buraxırlar...
P.S Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət