Bərdədə silsilə konsert proqramları davam edir-FOTO
22-07-2015, 09:32
Oxunub: 1 887
Tədbirdə xalq,bəstəkar və xarici bəstəkarların mahnıları,rəqs musiqiləri ifa olundu
19 iyul 2015-ci il tarixdə Heydər Əliyev adına istirahət parkında uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Bərdə rayon Gənclər və İdman idarəsinin,YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin və 4№ -li Uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı ilə geniş konsert proqramı rayon əhalisinə təqdim olunmuşdur. Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq tamaşaçıları təşkilatçılar adından salamladı.Sonra o,ölkəmizdə və eləcədə rayonda gənclərin və idmanın inkişafına göstərilən diqqət və qayğıdan, bərdəli gənclərin bu sahələrdə əldə etdikləri uğurlardan danışdı. Tədbirin aparıcısı Səbuhi Qasımov artıq yay mövsümündə belə tədbirlərin dördüncüsünün keçirildiyini,gənclərin sosial şəbəkələrdə təşkilatçılara minnətdarlıqlarını bildirdiklərini və digər bölgələrin də belə tədbirlərin keçirməyə başladıqların qeyd etdi. Tədbirdə xalq,bəstəkar və xarici bəstəkarların mahnıları,rəqs musiqiləri ifa olundu. Məktəbin xalq çalğı alətləri ansamblının (bədii rəhbər Tərlan Musayeva) müşayəti ilə müxtəlif mahnı müsabiqələrin laureatları Ramilə Musazadənin , Ramin Bayramovun, Bahadurbəy Muradbəylinin,Alim Əliyevin,skripkaçı-müğənni Elnur Rzanın və digər mügənnilərin ifasında səslənən şən və ritmik mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.Nağaraçılar,klarnetçilər,qarmonçalanların ifa etdikləri müxtılif rəqs musiqisinə məktəbin oğlan və qızlardan ibarət qrupları ilə birgə tamaşaçılar da oynadılar.Məktəbin müəllimi Azər Abbasovun saksafonda ifa etdiyi estrada musiqisini tamaşaçılar alqışlarla qarşıladı. Tədbirin sonunda rayonda uşaq,yeniyetmə və gənclərin istedadlarının üzə çıxarılmasında və onlara milli musiqimizin aşılanmasında və rayon səviyyəli tədbirlərin keçirilməsində göstərdikləri fəallığa görə 4№ -li Uşaq incəsənət məktəbinin xalq çalğı alətləri şöbəsinin müdiri Rzayeva Tərlan Əvəz qızı,qarmon ixtisası müəllimi Rzayev İba Əli oğlu oğlu,tar ixtisası üzrə müəllimi Verdiyev Əhməd Hümbət oğlu,nağara ixtisası üzrə müəllimi Əliyev Rövşən Əsəd oğlu və məktəbin kamança ixtisasının məzunu Musazadə Ramilə Habil qızı Gənclər və İdman idarəsinin Fəxri Fərmanları və hədiyyələrlə təltif olundular.
Bolgexeber.com




Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət