BolgeXeber.Com » Bölgə » Beyləqanda bələdiyyə sədrini korrupsiyadan yayındırmaq istədilər və... - ...döyülərək təhqir olundular
Beyləqanda bələdiyyə sədrini korrupsiyadan yayındırmaq istədilər və... - ...döyülərək təhqir olundular
22-07-2015, 13:57
Oxunub: 4 414
İyulun 13-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi üzrə yerli özünüidarə orqanında qalmaqal yaşanıb
İnzibati binada müavin və xadimə bələdiyyə sədri tərəfindən təhqirə və fiziki zorakılığa məruz qalıb.
Bu barədə infom.az-a zərərçəkənlərdən biri- Məhəmmədəli Zeynalov məlumat verib.
Onun sözlərinə görə bələdiyyə sədri İman İbrahimov cari il torpaq vergisindən yığılan 1782 manat pulu bankdan nağdlaşdırıb mənimsəmək istəyib, buna etiraz etdikdə isə təzyiqlə üzləşib:
“Sədr qardaşı Hamlet, Yalçın və Xalidi bələdiyyənin inzibati binasına çağırdı. Onlar mənimlə bələdiyyədə xadimə işləyən, şəhid ailəsi üzvü olan bacım Elmira Zeynalovaya hücum çəkdilər, nalayiq söyüşlərlə bizi təhqir etdilər. Hər ikimiz fiziki zorakılığa məruz qalmışıq.”
Məhəmmədəli Zeynalov bildirir ki, şikayəti əsasında İmişli rayon polis şöbəsində təhqiqat başlanıb.
Qeyd edək ki, bu yaxınlarda İmişli rayon məhkəməsi Bəhrəmtəpə bələdiyyəsi sədri İman İbrahimovun qəsəbə ərazisindəki sosial obyekti qanunsuz olaraq özününküləşdirdiyini qət edərək, burada apardığı tikililərin öz hesabına sökülməsi barədə qətnamə qəbul edib.
Yerli mənbələr bildirir ki, qəsəbə ərazisində çoxsaylı qum-çınqıl karxanası olsa da, onlardan heç biri rəsmi qaydada mədən vergisi ödəmir.
İman İbrahimov 2005-ci ildən bu vəzifəni daşıyır.
Ünvanına səslənən ittihamlarla bağlı İman İbrahimovdan mövqe öyrənə bilmədik- nə vaxt zəng etdiksə sədr “əhatə dairəsi”ndə oldu...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər