Tərtərdə insan alveri ilə bağlı maarifləndirici tədbir keçirilib
23-07-2015, 19:56
Oxunub: 4 483
Tədbiri rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov yekunlaşdırıb
Gəncə şəhərində yerləşən “Təmas” Regional İnkişaf İctimai Birliyi rayonumuzdakı Heydər Əliyev Mərkəzində “İnsan alveri və potensial insan alveri qurbanlarına xidmət edən Regional Reabiltasiya-Reinteqrasiya Mərkəzinin dəstəklənməsi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirib.
Bolgexeber.com-un məlumatına görə tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimayyətin nümayəndələri iştirak etmişlər.
“Təmas” birliyinin sədri Südabə Məmmədova və direktor Kubra Ələkbərovanın “İnsan alveri nədir? Ondan necə qorunmaq olar?” və “Məişət zorakılığına qarşı mübarizə” mövzularında məruzələri dinlənilmişdir. Qeyd olunmuşdur ki, mərkəz valdeyin himayəsindən məhrum olan, təhsildən yayınan uşaqları və küçə uşaqlarını bura cəlb etməklə, onlara lazım olan yardımları göstərir. Bundan əlavə, mərkəzə müraciət edən və istiqamətləndirilən zorakılıq qurbanlarının ilkin ehtiyacları ödənilir, onlara birbaşa tibbi, psixoloji və pulsuz hüquqi yardımlar edilir. Ehtiyacı olanlar təhlükəziz sığınacaqlarla təmin edilirlər.
Tədbiri rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov yekunlaşdırıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər