BolgeXeber.Com » Bölgə » Kərəm Həsənovun Ucardakı kadrından şikayət- Vətəndaşlar süründürməçiliyə məruz qalırlar
Kərəm Həsənovun Ucardakı kadrından şikayət- Vətəndaşlar süründürməçiliyə məruz qalırlar
24-07-2015, 12:45
Oxunub: 4 178
Redaksiyamıza Ucar rayon Oğuz küçəsi ev 19 sakini Hüseynova Süsanə Yusif qızı tərəfindən müraciət daxil olub. Narazı vətəndaş Bolgexeber.com-a yazır:
"Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin rəisi Ədalət Cabbarov işinin öhdəsindən gələ bilmirki buna görə çoxlu sayda vətəndaşlar süründürməçiliyə məruz qalıblar. Torpağa, mənzilə , obyektə reyestr çıxarışı almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə vətəndaşlar tərəfindən verilən sənədlər uzun müddətdir ki, saxlanılsada heç bir əsas olmadan çıxarışın verilməsi yubadılır.Hər gün İdarəyə gedirik, gedin sabah gələrsiniz deyə- deyə camaatı get-gələ salıb incidirlər.Yalandan da deyirlər ki, sənədlər Bakıya baş idarəyə göndərilib ancaq oradan yubadırlar, bu işə artıq Kərəm Həsənov şəxsən özü baxır. Uzun müddətdir təqdim etdiyimiz torpaq sənədlərimizin tam qaydasında olmasına baxmayaraq reyestr çıxarışı ala bilmirik.Nə çıxarış verilmir, nə də ki, sənədlərimizi geri qaytarmırlar.Hər gün idarəyə gedib-gəlməkdən əziyyət çəkirik.

Qeyd edim ki, Ədalət Cabbarov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə rəis vəzifəsinə təyin olunandan bu idarə ilə əlaqəli işləyən 4 rayonun sakinləri zəlil olublar.Ədalət Cabbarov qohumlarını başına toplayıb korrupsiya şəbəkəsi yaratmışdır . Yerlibazlıq xəstəsi olan Ə.Cabbarovun ştatdan kənar işçiləri də var ki, onlar idarədən kənarda xüsusi təyin edilmiş yerlərdə sənədləşmə aparılan şəxslərdən rüşvət yığırlar.Həmin ştatdan kənar adamları əsasən Göyçay rayon ərazisində olurlar.Ə.Cabbarov göyçaylı olduğu üçün rəis vəzifəsinə gəldikdən sonra Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin işçilərinin çoxunu Göyçay rayon sakini olan yaxın qohumları ilə əvəz etmişdir.Bir sözlə belə korrupsiyaya qurşanmış yaramazın fəaliyyətinin obyektiv araşdırılıb barəsində tədbir görülməsinə zərurət var.Mən mətbuat vasitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənovdan xahiş edirəm vətandaşları süründürməçiliyə salmış, korrupsiya şəbəkəsi yaratmış Ədalət Cabbarovun barəsində qanunu tədbir görün, təqdim etdiyimiz sənədlərə dair reyestr çıxarışı verilməsinə köməklik göstərin".
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər