BolgeXeber.Com » Bölgə » Masallı İstisi Sanatoriyasından kütləvi şikayət FOTOLAR

Masallı İstisi Sanatoriyasından kütləvi şikayət FOTOLAR

11-08-2015, 13:40
Oxunub: 7 470 Masallı İstisi Sanatoriyasından kütləvi şikayət FOTOLARMasallı İstisu Sanatoriyasında xidmət səviyyəsinin aşağı olmasından şikayətlənən vətəndaşlar çayın sahilində yalnız stol və stulların 1 saat üçün icarə pulunun 20 manat olmasından da narazıdırlar

Masallı rayonunda yerləşən İstisu İstirahət Mərkəzi, Sanatoriyadan gundeminfo.az-a daxil olan şikayətlərin sayı artıb.

Ölkənin cənub bölgəsinin, xüsusilə də Masallı, Cəlilabad, Biləsuvar rayonlarından olan əhalinin əsas istirahət yerlərindən biri olan bu istirahət mərkəzində insanları aldadırlar. Şikayət edən vətəndaşlar bildirirlər ki, burada müalicə məqsədilə yaradılmış zonalarda, massaj salonlarında heç bir sanitar qayda gözlənilmir. Afrikadakı massaj salonları kimi qadınlar qapının ağzında oturaraq yuxarıdan aşağı enən ailəvi insanları narahat edirlər. Qısa ətəkli, kobud rəftarlı qadınların ailəsi ilə gələrək aşağıda, çayda dincəlmələri üçün yol keçməsində diskomfor yaradırlar.
Masallı İstisi Sanatoriyasından kütləvi şikayət FOTOLAR

Şikayət edən vətəndaşlar burada qiymətlərin normal bazar qiymətindən çox baha olduğunu da bildirirlər. Məsələn redaksiyamıza müraciət edən Cəlilabad rayon Alar kənd sakini Babakişi Kazımov deyir ki, burada 500 qramlıq adi qazlı suyun qiyməti 2 manatdır. «Yaxınlıqda heç bir ərzaq dükanı yoxdur. Yalnız bir dükan var və burada da qiymətlər kifayət qədər bahadır. Şikayət edəndə də deyirlər, istəyirsiniz gedin 40 kilometr aralıda dükan var oradan alın. Bizə rəhbərlik belə tapşırıb, belə də satırıq» deyə vətəndaş şikayətində bildirir.
Masallı İstisi Sanatoriyasından kütləvi şikayət FOTOLAR

Masallı İstisu Sanatoriyasında xidmət səviyyəsinin aşağı olmasından şikayətlənən vətəndaşlar çayın sahilində yalnız stol və stulların 1 saat üçün icarə pulunun 20 manat olmasından da narazıdırlar

Heç bir xidmət göstərilmədiyi, ətrafın zibillərdən təmizlənmədiyi bir ərazidə stol və stulları 1 saat üçün bu qədər baha qiymətə icarəyə vermək ədalətsizlikdir deyə Masallı rayon Xırmandalı kənd sakini yazır.
Masallı İstisi Sanatoriyasından kütləvi şikayət FOTOLAR
Masallı İstisi Sanatoriyasından kütləvi şikayət FOTOLAR


Maraqlıdır ki, artıq Standartlaşdıra, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bölgələrdəki istirahət mərkəzlərində yoxlamalar aparmağa başlayıb. Bu gün artıq Nefçtala rayonundakı eyni adlı istirahət mərkəzi bağlanıb. Dövlət komitəsi burada ciddi pozuntular aşkarlayaraq ist irahət mərkəzinin bağlanması haqda qərar çıxarıb.

Qeyd edək ki, dövlət başçısı Cənab İlham Əliyevin bu yaxınlarda çıxışında Azərbaycanda turizm obyektlərində qiymətlərin bahalığı və xidmət səviyyəsinin aşağı olması barədə çıxışı bir sıra dövlət qurumlarını hərəkətə gətirib. Mədəniyyət və Turizm Nazirliyindən də mətbuata verilən açıqlamada deyilirdi ki, artıq nazirliyin əməkdaşları da monitorinqlərə başlayıblar.
Lakin nədənsə, hələ də Masallıda yerləşən İstisu Sanatoriyasındakı pozuntularla bağlı dövlət qurumlarının hansısa tədbirlər görməsi barədə rəsmi bilgi əldə etmək mümkün deyil.

Məsələn bu istirahət mərkəzində çayın sahilində bir dəvə var. Dəvə çox baxımsız halda çayın düz sahilindədir. Dəvənin ətrafını basan üfunət və onun ixrac etdiyi nəcis çayla axır. Çayın aşağısında isə insanlara icarəyə istirahət güşələri təklif olunur. Dəvə ilə şəkil çəkdirmək 5 manatdır.

Redaksiyamıza şikayət edən Cəlilabad rayon sakini deyir ki, yaşadığı regionun əhalisinin böyük bir qismi şiə təriqətinə sıx bağlı olan adamlardır. «Anlaya bilmirik ki, niyə qapısının ağzında spirtli içkilər içilən, qadınların kişiləri massaj etdiyi yerlərə bizim inancımızda böyük hörmət olunan Fatimeyi Zəhra-nın adı qoyulub. Axı bura ibadət yeri və ya konkret insanların gəldiyi məkan deyil. Bura ən müxtəlif təbəqədən olan insanlar da gəlirlər. Ona görə də bu istirahət mərkəzinin adını dəyişsələr yaxşı olar. Niyə bu obyektlərin sahibi bu barədə düşünmür» deyə şikayətçi vətəndaş bildirir.
Qeyd edək ki, Masallı da yerləşən «Fatimeyi Zəhra» İstirahət Mərkəzi deputatlardan birinə məxsusdur. Bu barədə daha geniş araşdırmalarımızı yaxın günlərdə təqdim edəcəyik:

- Masallının hansı deputatı İstisu Sanatoriyasına görə Azərbaycan Respublikası Həmkarlar İttifaqı Kofederasiyasının prezidenti Səttar Mehbalyevlə dostluğundan faydalanır?

- Bu istirahət mərkəzində hansı dəri xəstəliklərinin yayılma riski böyükdür?

- Səhiyyə Nazirliyi bu sanatoriyaya rəsmi olaraq tibbi xidmət göstərmək üçün icazə veribmi?
Bolgexeber.com