BolgeXeber.Com » Bölgə » Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı-FOTOLAR

Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı-FOTOLAR

11-08-2015, 11:33
Oxunub: 5 085 Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı-FOTOLARHeydər Əliyev Fondunun ölkəmizin ictimai-siyasi və mədəni həyatımındakı rolu son dərəcə önəmli, xidmətləri danılmazdır

Ölkəmizin musiqisini, mədəniyyətini, sosial-iqtisadi inkişafını, müxtəlif xalqların və millətlərin birgə yaşam modelini, azərbaycançılıq məfkurəsini bütün dünyaya yayan və təbliğ edən Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır, bir çox ölkə və qitələri əhatə edir.
Respublikanın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da Mehriban xanım Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun qayğı və diqqətini əhalimiz daim hiss edir.
Təkcə son 4 ildə Fondun Füzuli rayonunda həyata keçirdiyi layihələrə diqqət etsək bunu bir daha aydın görmüş olarıq.
2012-ci ildə Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə Horadiz şəhərində 240 şagird yeri olan iki mərtəbəli ən müasir avadanlıq və dərs ləvazimatları, kitabxana, idman zalı, kompüter, istilik sistemi ilə təchiz olunmuş, müxtəlif növ ağaclar əkilmiş bir hektara yaxın ərazisi olan məktəb tikilərək istifadəyə verilmişdir.
Heydər Əliyev Fondunun Füzuli rayonuna köməyi başqa sahələrdə də özünü göstərir. Azərbaycan uşaqlarına diqqət və qayğını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən edən Mehriban xanım Əliyeva füzulili körpələri də yaddan çıxarmır. 2014-cü ildə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Horadiz şəhərində 100 çarpayılıq, ikimərtəbəli körpələr evi tikilərək istifadəyə verilmişdir. Bağçada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılmışdır.
Fondun dəstəyi ilə Bala Bəhmənli kəndində inşa olunan 60 çarpayılıq uşaq bağçasının tikintisi artıq başa çatmışdır. Bağça yaxın günlərdə uşaqların istifadəsinə veriləcəkdir.
Öz tarixi keçmişləri ilə fəxr edən füzulililər Tarix-Diyarşünaslıq Muzeylərinin olmamasından uzun illərdir əziyyət çəkirdilər və rayon ərazisində muzey tikilməsi üçün müxtəlif təşkilatlara müraciət edirdilər. Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyeva füzulililərin bu arzusunu da reallığa çevirmişdir. Horadiz şəhərində yeni salınmış Gənclər Prospektində Tarix-Diyarşünaslıq Muzeyi tikilərək istifadəyə verilmişdir.
Bunlar Heydər Əliyev Fondunun son 4 ildə cəhbə bölgəsində yerləşən Füzuli rayonunda həyata keçirdiyi iri layihələrdir. Fond bu illər ərzində işğaldan azad olunmuş ərazilərdə onlarla layihələr həyata keçirmiş, minlərlə füzulili məcburi köçkünü sevindirmişdir.
Füzulililər Ulu öndərimizin ölməz irsini layiqincə yaşadan, ölkəmizdə mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin bütün dünyada layiqincə təbliği kimi missiyaları şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini diqqətlə izləyir və yüksək qiymətləndirirlər.
Füzulililər fəxr edirlər ki, Mehriban xanım Əliyevanın həyata keçirdiyi bütün layihələrin qayəsində və təməlində sosial yönüm, humanizm, bərabərlik, ədalət, insana sevgi və sabaha ümid dayanır. Onun üçün Azərbaycan sevgisi, insan sevgisi birincidir!
Bolgexeber.com
Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı-FOTOLAR
Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı-FOTOLAR
Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı-FOTOLAR
Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı-FOTOLAR
Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı-FOTOLAR
Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı-FOTOLAR