BolgeXeber.Com » Bölgə » İmişli müəllimləri redaksiyamıza məktub ünvanladılar

İmişli müəllimləri redaksiyamıza məktub ünvanladılar

15-02-2012, 00:45
Oxunub: 4 865 “İmişli Təhsili gün gündən çiçəklənir”

Son zamanlar İmişli Təhsili şöbəsi ilə bağlı bəzi mətbuat orqanlarında gedən yazılarla bağılı redaksiyamıza bir qrup müəllim tərəfindən məktub ünvanlanşışdır. Məktubda deyilir:

Hörmətli redaksiya! “Son zamanlar imişli təhsili və onun rəhbəri Ramiz Əmirovla bağlı yazılan yazıların hec bir əsası yoxdur. Çünki Ramiz müəllimin vəzifəyə təyin olunan 5 il müddətində İmişli Rayon təhsili bütün uğurlara imza atıb. Beləki son abuturiyent qəbulu zamanı 182 şagirdimiz Respublikanın müxtəlif ali təhsil müəsisələrinə qəbul olunub. Bundan əlavə olaraq İmişli rayonunda 30-a qədər məktəb binası tikilib istifadəyə verilmiş, 10 məktəb əsaslı təmir olunmuşdur.”

Daha sonra məktubda derilir: “ Respublika da keçirilən olimpiadasında şagirdlərimizdən 3 nəfəri müxtəlif yerləri tutmuşdular. Müəllimlərin Bolgexeber.com saytına yazdığı müraciətdə deyilir ki, Ulu öndərin 88 illiyi yubleyi dönəmində rayonun iki şagirdi “Şahin” hərbu idaman oyunlarında rayonun “Qızılkənd” kənd orta məktəbinin iki şagirdi Respublika uzrə 1 ci yeri tutmuşdur. Bu hadisə iki il təkrara olunmuşdur.

Daha sonra müraciətdə deyilir ki, bəzi həqiqətən uyğun olmayan informasiyalar yazmaqla cəmiyyətdə fikir formalaşdırmaq istəyənlər bilsinlər ki, belə dezinformasiya yazmaqla onlar öz istəklərinə çatmayacaqlar. Və onlar bilsinlər ki İmişli Təhsili günü-gündən çiçəklənir.