BolgeXeber.Com » Bölgə » Bərdədə konsert proqramı keçirilib-FOTOLAR

Bərdədə konsert proqramı keçirilib-FOTOLAR

10-08-2015, 17:57
Oxunub: 4 960 Bərdədə konsert proqramı keçirilib-FOTOLARTədbirdə xalq,bəstəkar və xarici bəstəkarların mahnıları,rep,meyxana və rəqs musiqiləri ifa olundu

8 avqust 2015-ci il tarixdə Heydər Əliyev adına istirahət parkında uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Bərdə rayon Gənclər və İdman idarəsinin və YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə geniş konsert proqramı rayon əhalisinə təqdim olunmuşdur. Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq tamaşaçıları təşkilatçılar adından salamladı.Sonra o,ölkəmizdə və eləcədə rayonda gənclərin və idmanın inkişafına göstərilən diqqət və qayğıdan, bərdəli gənclərin bu sahələrdə əldə etdikləri uğurlardan danışdı, bu tədbirlərin keçirilməsinə yaratdıqları şəraitə görə rayon rəhbərliyinə və əziyyəti olanlara minnətdarlığını bildirdi. Tədbirin aparıcısı Səbuhi Qasımov artıq yay mövsümündə belə tədbirlərin beşincisinin keçirildiyini,gənclərin sosial şəbəkələrdə təşkilatçılara minnətdarlıqlarını bildirdiklərini və digər bölgələrin də belə tədbirlərin keçirməyə başladıqların qeyd etdi. Tədbirdə xalq,bəstəkar və xarici bəstəkarların mahnıları,rep,meyxana və rəqs musiqiləri ifa olundu. “Qarabağ” ansamblının (bədii rəhbər Ədalət Şərifov) müşayəti ilə müxtəlif mahnı müsabiqələrin laureatları Ramilə Musazadənin , Ramin Bayramovun, Bahadurbəy Muradbəylinin,Alim Əliyevin,Fəzalət Kürdoğlunun,Esmira və Nübar İsayeva bacılarının, Elnur Məmmədovun,Hüseyin Əliyevin, skripkaçı-müğənni Elnur Rzanın və “Həyatın səsi” qrupunun,repçilər “Pessimist Musu”nun və “Fərid Amarok”un,meyxanaçılar Namiq və İsmət qardaşlarının və digər mügənnilərin ifasında səslənən şən və ritmik mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. ”Qarabağ” rəqs qrupu ilə birgə tamaşaçılar da oynadılar. Müsiqi nömrələri vaxtı nümayiş etdirilən atəşfəşanlıq konsertə xüsusi gözəllik verdi Tədbirin sonunda konsertlərin təşkilində və rayon səviyyəli tədbirlərin keçirilməsində göstərdikləri fəallığa görə , skripkaçı-müğənni Elnur Rza, ”Qarabağ” rəqs qrupunun rəhbəri Rəşad Quliyev,Ramal Əhmədov və Emin Rəhimli Gənclər və İdman idarəsinin Fəxri Fərmanları və YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin xatirə hədiyyələri ilə təltif olundular.
Bolgexeber.com
Bərdədə konsert proqramı keçirilib-FOTOLAR
Bərdədə konsert proqramı keçirilib-FOTOLAR
Bərdədə konsert proqramı keçirilib-FOTOLAR
Bərdədə konsert proqramı keçirilib-FOTOLAR
Bərdədə konsert proqramı keçirilib-FOTOLAR
Bərdədə konsert proqramı keçirilib-FOTOLAR