BolgeXeber.Com » Bölgə » Şamaxıda Asif Ağayevlə, müavinin və icra nümayəndəsinin torpaq maxinasiyası

Şamaxıda Asif Ağayevlə, müavinin və icra nümayəndəsinin torpaq maxinasiyası

14-08-2015, 18:10
Oxunub: 3 821 Şamaxıda Asif Ağayevlə, müavinin və icra nümayəndəsinin torpaq maxinasiyası“Bizim böyük şübhəmiz var ki, bu iş xəlvəti aparılırsa, deməli, rayon səviyyəli rəhbər işçilərin əli var"

Bu günlərdə Şamaxı rayonu Nağaraxana kəndində məmur özbaşınalığı haqda redaksiyamıza yeni ilginc məlumatlar daxil olub. Bu məlumatlarda rayonun “Kirovka” – indiki Nağaraxana kəndinin inzibati ərazisinə düşən və “Nənə bulağı” kimi məşhur olan yeganə təmiz içməli su mənbəyi (meşə zolağı da daxil olmaqla, qədim qəbiristanlıq, göl və s.) üst-üstə 100 hektar torpaq sahəsinin naməlum şəxslər tərəfindən zəbt edilməsindən gedir.
Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə kənd torpaqlarının satılması prosesi Nağaraxana kənd icra nümayəndəsi Abi Həsənovun rəhbərliyi altında icra hakimiyyəti, konkret olaraq Şamaxı rayon icra başçısı Asif Ağayev və icra başçısının müavini Qasım Qasımov tərəfindən həyata keçirilir.
Rəsmi orqanlara şikəyətin nəticə vermədiyini görüb redaksiyamıza üz tutan kənd sakinlərinin sözlərinə görə Abi Həsənov bölgə də qanun saya –saymayan oliqarxa çevirliməkdədir. Kənd sakinlərinin sözlərindən belə aydın olur ki, A.Həsənov nə Azərbaycanın müstəqillik qazanmasından , nə də zamanın iyurmi birinci əsrin olmasından xəbərdardır. Çün ki, icra nümayindəsinin hərəkətləri fyodar dövrünün kənd xudasını xatırladır. Belə ki, kənd çamaatına özünün təhkimili təəbələri kimi baxan icra nümayindəsi Nağaraxananın bütövlükdə işğal edib. Şikayətçilər iddia edir ki, A. Həsənov illərlə kəndin pay torpaqlarını ələ keçirib. Bu zaman A. Həsənov muxtəlif vasitələrdən istifadə edib. Bəzi kənd sakinlərini pulla şirikləndirib, bəsilərini isə savadsızlığından bəhrələnib. Nəticə də adi icra nümayindəsi Nağaraxana kimi səfalı və Bakıda olan oliqraxların belə tamah saldığı bir kənddən hektarlarla belə torpaqlara sahib olub. Bundan sonra isə həmən torpaqlar çox yüksək qiymətə imkanlı şəxslərə satılıb və bu gün əsilli köklü nağaraxanalı olan kənd sakinləri kiçik bir ərazidə əkin-biçinlə məşğul olmağa torpaq tapmayaraq fyodar qəsirlərini xatırladan villaların mühasirəsində qalıb. Ən maraqlısı isə budur ki, yerli əhali arasında ciddi narazılıq və narahatlıq yaradanlar bu məsələdə dövlət başçısı İlham Əliyevin adından danışırlar. Üstəlik, pay torpağını, əkin-biçin yerini əldən vermək istəməyənlərə deyirlər ki, “prezident üçün burada istirahət guşəsi yaradılır, vəssalam!”. Narazılıq edənlərə əvvəlcə hər hektara görə 2000 dollar pul təklif edilib. Bir çoxları isə artıq bu pulu alaraq, prezidentin adı çəkildiyindən, pay torpağından üzülüşməyi düzgün yol seçib. Narazılıq edərək, razı olmayanlara isə hədə-qorxu gəlirlər.
Narahatlıq doğuran məsələ çoxdur. Şamaxıdan olan şikayətçilər deyir: “Bizim böyük şübhəmiz var ki, bu iş xəlvəti aparılırsa, deməli, rayon səviyyəli rəhbər işçilərin əli var. Əgər Şamaxı rayon Dövlət Notariat Kontorunda yoxlama aparılsa, məlum olacaq ki, Çuxuryurd, Pirqulu, Nağaraxana və s. kimi ərazilərdə satılan torpaq sahələri qanunsuz olaraq sənədləşdirilib. Bu alqı-satqı heç bir hüquqi sənədə əsaslanmır. Notariat Kontorunun rəhbəri bu müqavilənin şərtinin fərqindədirmi? Niyə yoxlamırlar ki, həmin torpaq sahəsi dövlətə, bələdiyyəyə məxsusdur, yoxsa pay torpağıdır? Biz hələ istifadə təyinatını demirik. Sənəddə “əkin-biçin” yazırlar, əməldə isə özləri üçün meşə zolağını, təbii su mənbələrini qazanc obyektinə çevirirlər… Bu ərazidə kasıb-kusubun istirahətə gəldiyi yeganə bulaq başı “Nənə bulağı”dır. Vaxtilə xərc çəkib bulağın gözünü, ətrafını camaat qaydaya salıb. Bir az o biri tərəfdə “Qoşa bulaq”, “Soyuq bulaq” var ki, ətrafı zəbt olunub. “Fortuna” istirahət mərkəzinə girmək olmur. Bəs biz istidə hara gedək? Bura bizim dədə-baba meşə ərazimizdir. İndi də gəliblər ki, İlham Əliyev burada istirahət guşəsi tikdirəcək. Biz açıqca bilirik ki, bu, yalan söhbətdir. Prezident heç vaxt sadə camaatın istirahət yerinə, əkin-biçin torpağına göz dikməz. Dələduz məmurlar var ki, prezidentin adından istifadə edir, özbaşınalıq törədirlər. Bunun qarşısı alınmalıdır…”.
Rayondan cumhuriyyet.az-a ötürülən məlumata görə Şamaxıdakı torpaq maxinasiyasının başında rayon icra hakimiyyəti başçısının müavini Qasım Qasımov durur. Bir vaxtlar müxalif mövqeda duran ADİP-in fəallarından olan, həmçinin “Günay” qəzetinə rəhbərlik etmiş Q.Qasımovun ümumiyyətlə rayonun tam sahibi olduğu, hətta icra başçısından da üstün mövqedə durduğu deyilir.(Şamaxı rayon icra başçısının müavinin Qasım Qasımov haqda ayrıca araşdırmamızı yaxın günlərdə təqdim edəcəyik)

Şamaxı rayon Dövlət Notariatında alqı-satqı müqaviləsi sənədlərini araşdırmaq vacibdir! Qeyd edək ki, yerli camaatı narahat edən bu məsələni diqqətdə saxlayaraq, araşdırmamızı davam etdirəcəyik. Bir suala dəqiq cavab tapmaq istəyirik: nə üçün neçə aydır davam edən və ölkə başçısı İlham Əliyevin adı hallandırılan, özü də pis hallandırılan, narazılıqla çəkilən bir məsələdən yerli hakimiyyət orqanları, xüsusən də MTN-nin Şamaxı rayon şöbəsi xəbərsizdir? Doğrudanmı bu məsələdə yalnız şəxsi maraqlar üstündür? Ərazidəki dağ yamaclarının, sürüşmə zonalarının seysmik narahatlıq nəzərə alınmadan zəbt edilməsinə, ayrı-ayrı şəxslərə eybəcər formada villa tikintisinə paylanmasına nə ad vermək olar? Bəs rayon İcra Hakimiyyətinin başçısı AA-56-001 dövlət nömrə nişanlı maşını ilə Pirqulu meşələrinə istirahətə gedəndə bu eybəcərlikləri yol boyu seyr etmirmi? Yerli bələdiyyə sədrlərinin, kənd icra nümayəndələrinin bu özbaşınalıqlarına susmağın mənası və mahiyyəti nədədir?

***
Şamaxı rayon Prokurorluğu və MTN-nin Şamaxı rayon şöbəsi, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ən azı Şamaxı rayon Dövlət Notariatında düzülüb-qoşulan alqı-satqı müqavilələrini araşdırmalı və bu özbaşınalığın qarşısı alınmalıdır. Narazı əhali bir suala cavab istəyir: “Nənə bulağı”, göl və qədim qəbiristanlıq da daxil olmaqla, 100 hektarlıq meşə ərazisi və əkin yerlərini həqiqətənmi prezident İlham Əliyev üçün istirahət guşəsinə satın alırlar? Yoxsa…

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.