Füzuli rayon MX-na Mercedes Benz markalı yeni ambulans verilib-FOTO
17-08-2015, 12:04
Oxunub: 13 074
Səhiyyə Nazirliyi tərəfindən Füzuli rayon Mərkəzi Xəstəxanasına ən müasir tələblərə cavab verən yeni Mercedes Benz markalı təcili tibbi yardım maşınları verilib
Bolgexeber.com-un məlumatına görə artıq təcili tibbi yardım maşını Rayon Mərkəzi Xəstəxanasının balansına götürülüb. Rayon sakinləri yeni təcili tibbi yardım maşının Füzuliyə verilməsi xəbərini sevinc hissi ilə qarşılayıblar.
Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə bildirilib ki, rayonda təcili tibbi yardım (Ambulans) maşınlarının sayının azlığı, mövcud təcili yardım maşınlarının müasir tələblər səviyyəsində olmaması, ərazinin genişliyi, müraciətlərin çoxluğu bu sahədə işin təşkilini çətinləşdirdi. Gecə çağırışları, xüsusilə Horadiz şəhəri ilə Qayıdış qəsəbələri arasındakı məsafənin 50 km-dən artıq olması çağrışlara vaxtında cavab verilməsində çətinliklər yaradırdı ki, bu da xəstə sahiblərinin haqlı narazılığına səbəb olurdu. Qeyd olunub ki, yeni Mersedes Benz markalı təcili tibbi yardım maşınlarının alınması ilə əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardımın keyfiyyəti və səmərəliliyi daha da artırılacaqdır.
Rayon sakinləri cəbhə bölgəsində yaşayan füzulili məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər