BolgeXeber.Com » Bölgə » Sabirabadda meliorasiya TALANI

Sabirabadda meliorasiya TALANI

18-08-2015, 15:56
Oxunub: 3 624 Sabirabadda meliorasiya TALANISabirabadda "sənəd üzərində təmizlənən" drenlər sabirabalıların əsas probleminə çevrilib. Əkin sahələri şoranlaşır, məhsuldarlıq aşağı düşür. Bunun müqabilində isə özlərini "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavinin yaxınları elan edən iki idarə müdiri, Əflan Aslanov və Əliş Talıbov sürətlə varlanırlar. Kimin hesabına? Təbii ki, mənmsənilən dövlət vəsaitlərinin və əkin sahələri şoranlaşan sabirabadlıların rifahı hesabına.

Hər il dövlətin yüz min manatlarla vəsaiti müxtəlif işlərin adı altında silinərək mənimsənilir. Sabirabad rayonundakı drenlər isə yalnı sənədlərdə “təmzilənir”

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Sabirabad rayonund fəaliyyət göstərən Suvarma Sistemləri və Meliorasiya İdarələri ilə bağlı AzMedia.info-un elektron adresinə ilginc məlumat daxil olub. Həmin məlumatda deyilir ki, Sabirabad rayon Suvarma Sistemləri İdarəsinin müdiri Əflan Aslanov Meliorasiya İdarəsinin müdiri Əliş Talıbovla birləşərək hər il dövlətin yüz min manatlarla vəsaitini silərək mənimsəyirlər. Rayonun ən böyük su idarəsi olan Suvarma Sistemləri İdarəsi 30 min hektara yaxın torpaq sahəsinin suvarmasını təşkil edir. Bu idarə həmçinin Sabirabad rayonu ərazisində olan su kanallarının, direnlərininin, nasoslarının, təmiri, tikintisi və suyun paylanmasına nəzarət edir.

2013-2014-2015 ci illər ərzində Sabirabad Suvarma Sistemləri İdarəsinə üst-üstə 1,1 milyon manata yaxın vəsait ayrılıb. Bu vəsaitlər isə nasos stansiyalarının, texnikaların təmirinə, kanalların təmizlənməsinə, ehtiyyat hissələrinin, maşın avadanlıqlarının, tikinti materiallarının alınmasına və sair işlərə xərclənib. Hər il kanalların təmizlənməsi, tikinti matreallarının alınması və digər işlərin görülməsi üçün xərclənən vəsaitlərin böyük bir hissəsində şişirtmələrə yol verilərək dövlət vəsaitinin bir hissəsi mənimsənilir.

İdarə müdiri Əflan Aslanov təşkilatda işləyən bir çox işçilərin adına yazılan əmək haqlarını özünə götürməklə bərabər, həmdə idarənin balansında olan müxtəlif texnikaların özəl şirkətlərdə işləməsini təmin edir. Dövlət texnikalarının özəl işlərdə çalışmasına nəzarəti isə Suvarma Sistemləri İdarəsinin baş mühəndisi həyata keçirir.

Məlumatda bildirilir ki, Əflan Aslanovun əsas qazanc mənbəyindən biri də rayon Meliorasiya idarəsidir. Belə ki, Sabirabad Meliorasiya idarəsi rayon ərazisində olan drenlərin təmizlənməsi ilə məşğul olur. Meliorasiya idarəsinin həyata keçirdiyi təmizləmə işlərini isə Suvarma Sistemləri İdarəsi təhvil alır.

Məlumata əsasən Suvarma Sistemləri İdarəsinin müdiri Əflan Aslnaov Meliorasiya idarəsinin müdiri Əliş Talıbovla əlbir olaraq təmizləmə əməliyyatı adı altında hər il dövlətin yüzminlərlə manat vəsaitini mənimsəyirlər. Meliorasiya İdarəsinin il ərzində həyata keçirdiyi bir neçə təmizləmə, təmir işlərini Əflan Aslanov bütün Sabirabad rayonunda yerləşən drenlərin, kiçik kanalların təmiri adı altında sənədləşdirərək Əliş Talıbovun idarəsinə külli miqdarda vəsait köçürdür. Köçürülən yüzminlərlə vəsaitlər isə Meliorasiya İdarəsinin müdiri ilə Əflan Aslanov arasında bölüşdürülür. Dren və kanallar isə təbii ki, təmizlənmir və nəticədə əkin sahələrində şorlaşma sürətlə artır. Bu isə məhsuldarlığın kəskin şəkildə aşağı düşməsi ilə müşaiyyət olunur.

Rayon sakinləribildirir ki, Sabirabad rayonundakı drenlər hal-hazırda bərbad vəziyyətdədir və drenlərin təmizlənməməsinə görə min hektarlarla yararlı torpaq sahələri yararsız vəziyyətə düşmək üzrədir. Son 3 ildə rayon ərazisində vətəndaşların əkdiyi torpaq sahələrində məhsuldarlıq bir neçə dəfə aşağı düşüb. Mütəxəssislər isə məhsuldarlığın aşağı düşməsini məhz əkin torpaqlarında şoranlaşmanın artaması ilə əlaqələndirirlər. Bu gün Sabirabad rayonundakı drenlərin əksəriyyəti bərbad vəziyyətdədir. Və Əflan Aslanovla Əliş Talıbov drenləri sənədlərdə “təmizləyərək” ildə bir neçə dəfə dövlət vəsaitlərini mənimsəyərək yaxşı qazanc əldə edirlər.

Məlumatlı mənbə iddia edirlər ki, Əflan Abbasovun Sabirabad Suvarma Sistemləri idarəsi müdiri vəzifəsində qalmasında əsas havadarı Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin müavini Zakir Quliyevdir. Belə ki, dəfərlərlə müxtəlif məclislərdə Zakir Quliyevin sağlığına badə qaldıran Əflan Aslanov arxasında bu məmurun dayandığını açıq aşkar elan edib. Hətta idarə müdiri bir azda dərinə gedərək “Zakir Quliyev mənə deyib ki, nə qədər ki mən ASC-dəyəm səndə Suvarma idarəsində işləyəcəksən”.

Görünür "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədrinin müavinin Əflan Aslanova “himayədarlığı” idarə müdirinin dhər il dövlətin yüz minlərini mənimsəməsinə şirniklndirib.

Qeyd edək ki, saytımıza Əflan Aslanovun hər il Sabirabadda vətəndaşlardan nə qədər su pulu yığması və yığılan bir neçə yüz min manat vəsaitin hansı işlər və təşkiltların adı altında silinməsi ilə bağlı ilginc infomasiya daxil olub. Sabirabad Suvarma Sistemləri idarəsinin su pulu maxinasiyası ilə bağlı yaxın günlərdə oxucularımıza ətraflı məlumat verəcəyik. Bizi izləməkdə davam edin.