BolgeXeber.Com » Bölgə » Tərtərdə kikboks idman növü üzrə açıq zona birinciliyi keçirilmişdir-FOTOLAR
Tərtərdə kikboks idman növü üzrə açıq zona birinciliyi keçirilmişdir-FOTOLAR
18-08-2015, 16:57
Oxunub: 5 993
Ümumilikdə, 14 rayon və şəhərdən iyirmi komanda, 231 idimançı öz qüvvəsini sınamışdır
Bolgexeber.com-un məlumatına görə avqustun 15-17-də Heydər Əliyev adına parkda Tərtər Rayon İcra Hakimiyyəti və Gənclər və İdman idarəsi tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş kikboks idman növü üzrə açıq zona birinciliyi keçirilmişdir.
Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov tədbiri açaraq iştirakçıları və qonaqları salamlamış, qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan bəhs etmiş, sonra yarış iştirakçılarına uğurlar arzulamışdır.
Yarışda Tərtər, Gəncə, Bakı, Abşeron, Goranboy, Naftalan, Şəmkir, Samux, Ağabədi, Bərdə, Yevlax, Ucar, Kürdəmir, Ağdam, ümumilikdə, 14 rayon və şəhərdən iyirmi komanda, 231 idimançı öz qüvvəsini sınamışdır.
Yarışın nəticəsinə görə komanda hesabı ilə Tərtər rayonunun komandası I yerə, Gəncə şəhərinin komandası II yerə, Bakı şəhərinin komandası III yerə layiq görülmüşdür.
Yarışın sonunda qalib komandalar və idmançılar Tərtər rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla təltif edilmişlər.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər