Muğan düzündə orta əsr kənd tipli yaşayış məskəni aşkarlanıb
20-02-2012, 13:30
Oxunub: 5 902
Azərbaycanın Neftçala rayonunun Boyat kəndində inkişaf etmiş orta əsrlər dövrünə aid kənd tipli yaşayış yeri aşkarlanıb
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə deyib ki, Boyat orta əsr yaşayış məskəni Salyan-Neftçala yolunun sol tərəfində, asfalt yoldan 5 km cənub istiqamətdə eyniadlı kəndin yaxınlığındadır. Yaşayış yeri əkin sahələrinin arasında yerləşir. Təsərrüfat işləri zamanı abidə tamamilə dağıdılıb.
"Bütün bunları ətrafa səpələnmiş şirli və şirsiz saxsı məmulatlar təsdiq edir. Şirli qablar ağ, çəhrayı, yaşıl rənglidir və üzəri şəffaf şirlə örtülüb. Demək olar ki, saxsı məmulatı çox kiçik fraqmentlər halında olduğundan onların məişətdə nə məqsədlə istifadə edildiyi aydınlaşmır. Yaşayış yerinin şirsiz saxsı məmulatı qulp, qapaq və qazan fraqmetlərindir", - Ağalarzadə əlavə edib.
O bildirib ki, gələcəkdə abidədə aparılacaq arxeoloji qazıntılar zamanı daha mühüm əhəmiyyətə malik artefaktların aşkara çıxarılacağı şübhəsizdir. Çünki Muğan düzündə eynilə bu tip abidələrin sayı kifayət qədərdir. Lakin ümumiyyətlə, Azərbaycan ərazisində kənd tipli orta əsr yaşayış məskənlərinin zəif öyrənilməsi müəyyən elmi nəticələrin əldə olunmasına imkan vermir.
Tarixçi hesab edir ki, bütün bunlar tədqiqatlar zamanı öz yerini tapacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər