BolgeXeber.Com » Bölgə » Bərdədə “Erkən nigahlar və onun fəsadları” mövzusunda dəyirmi masa keçirilmişdir-FOTOLAR

Bərdədə “Erkən nigahlar və onun fəsadları” mövzusunda dəyirmi masa keçirilmişdir-FOTOLAR

20-08-2015, 17:38
Oxunub: 9 880 Bərdədə “Erkən nigahlar və onun fəsadları” mövzusunda dəyirmi masa keçirilmişdir-FOTOLAR19 avqust 2015-ci il tarixdə S.Vurğun adına mərkəzi kitabxanada Bərdə rayon Gənclər və İdman idarəsinin və YAP rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Erkən nigahlar və onun fəsadları” mövzusunda dəyirmi masa keçirilmişdir

Tədbirə Təhsil,Mədəniyyət və Turizm şöbələrindən,RMX-dan,DİT kollecinin tələbə-gənclər təşkilatından nümayəndələr, məktəb psixoloqları, ali məktəb tələbələri və rayonun fəal gəncləri dəvət olunmuşlar.Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova açaraq bildirdi ki, nikah və onunla əlaqəli məsələləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi tənzimləyir. Məsəllədə nikah yaşlı kişilər üçün 18, qadınlar üçün 17 yaş müəyyən olunub. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən, amma nikah yaşına çatmamış şəxislərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişilə nikah yaşının 1 ildən çox olmayaraq, azadılmasına icazə verə bilər. Erkən nikah qanunvericiliyin müəyyən etdiyi minimal yaşın həddini keçmədən qurulan bütün ailələri əhatə edir.
Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxış edərək qeyd etdi ki,artıq rayon əhalisinin sayı 150 min nəfərdən yuxarıdır ki,onların da 42 min nəfərini yeniyetmə və gənclər təşkil edir.2015-ci ilin 6 ayı ərzində gənclər arasında 621 nigah bağlanmış,boşanmaların sayı isə 83 olmuşdur.O,bildirdi ki, erkən nigah deyilərkən çox vaxt yeniyetmə yaşda qızların evləndirilmələri nəzərdə tutulur. Əslində isə erkən nigah 18 yaşından kiçik oğlanların və qızların ailə qurması və birgə yaşamasıdır.Oğlanların bu yaşda ailə həyatı qurmasına çox da rast gəlinməməsi sözügedən anlayışın qızlarımıza aid olmasına səbəb olmuşdur.A.Qasımov erkən nikahların baş verilməsinin səbəbləri barədə geniş məlumat verərək bildirdi ki, erkən nikahların yaranması sırasında hər nə qədər sosial-iqtisadi amillər qabardılsa da, burada digər amillərdə mövcuddur .Bu problemə qarşı cəmiyyətin bütövlüklə mübarizə aparmalı olduğunu bildirdi.
YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri Fərid Fərzəliyev belə halların kökündə savadsızlıq, adət və inanclar, sosial və maddi problem, mentalitet, oturuşmuş ənənə və s. dayandığından danışaraq, təklif etdi ki, belə tədbirlər marifləndirmə məqsədi ilə mütamadi olaraq məktəblərdə keçirilsin.
RMX-nın həkim-statisti Nərmin Abbasova bildirdi ki,qızların 14-16 yaş hədlərində ərə verilməsi tibbi baxımdan da düzgün deyil. Bu yaşda qadının hamilə olması, uşaq dünyaya gətirməsi təhlükəlidir. Qızların fizioloji cəhətdən formalaşması 18 yaşdan sonra baş verir,erkən yaşda orqanizm törətmək potensialında olsa da, hələ formalaşma tam başa çatmayıb. Buna görə hormonal sistem pozğunluğu baş verir, nəticədə gənc ana bir sıra daxili problemlərlə, eləcə də vaxtsız qocalma ilə baş-başa qalır. Təəssüf edici haldır ki, son bir neçə ildə 15-19 yaşlı qadınların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları 50 faiz artıb.
Bərdə şəhər 5 saylı tam orta məktəbin psixoloqu Aynurə Məmmədova erkən nikaha girən gənclərin psixoloji durumuna təsirindən danışaraq, belə ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunduğunu qeyd etdi.
Bərdə rayon şöbəsinin müdir müavini İsmayıl Adıgözəlov çıxış edərək bildirdi ki,təhsil və maarifləndirilmə baxımından xanımların erkən nigaha daxil olması onların bütün gələcək, təhsil və s. planlarına bəzən son qoy bilir. Təhsil alma yaşında olan bir qız ailə qurmaga məcbur edilirsə, bu onun psixoloji travma almasına və gələcəkdə zəif və mövqesiz insana çevrilməsinə səbəb olur.
Gənclər və İdman idarəsinin aparıcı-məsləhətçisi Yusif Musayev,YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Rauf Rzayev,kitabxananın şöbə müdiri Gülnarə Əliyeva,ali məktəb tələbələrindən Ulviyyə Cabbarlı və Niyazi Əhmədov,fəal gənclərdən Arzu Nəbizadə, Nəsibə Kərimsoy,Ramal Əhmədov və Günel Nəbizadə çıxış edərək bildirdilər ki, ailə cəmiyyətdə mövcud olan mühüm institutlardandır. Onu qurmaq, qoruyub saxlamaq, yaş və psixi baxımından inkişaf tələb edir.Biz bu gün erkən nikahların fəsadlarını-nəticələrini boşanmaların səbəblərində axtarmalıyıq, internat evlərində uşaqların sayının artmasında axtarmalıyıq, insan alverinin qurbanı olan qadınların saylarının artmasında axtarmalıyıq. Bu kimi problemlərin həlli yolunda isə güclü maarifləndirmə işləri aparmalıyıq.
Bolgexeber.com
Bərdədə “Erkən nigahlar və onun fəsadları” mövzusunda dəyirmi masa keçirilmişdir-FOTOLAR
Bərdədə “Erkən nigahlar və onun fəsadları” mövzusunda dəyirmi masa keçirilmişdir-FOTOLAR
Bərdədə “Erkən nigahlar və onun fəsadları” mövzusunda dəyirmi masa keçirilmişdir-FOTOLAR
Bərdədə “Erkən nigahlar və onun fəsadları” mövzusunda dəyirmi masa keçirilmişdir-FOTOLAR
Bərdədə “Erkən nigahlar və onun fəsadları” mövzusunda dəyirmi masa keçirilmişdir-FOTOLAR
Bərdədə “Erkən nigahlar və onun fəsadları” mövzusunda dəyirmi masa keçirilmişdir-FOTOLAR