BolgeXeber.Com » Bölgə » Masallıda Qarabağ əlilini necə aldadıblar? (VİDEO)

Masallıda Qarabağ əlilini necə aldadıblar? (VİDEO)

25-08-2015, 14:55
Oxunub: 2 818 Masallıda Qarabağ əlilini necə aldadıblar? (VİDEO)"Qarabağ savaşında sağlamlığını itirən biri olaraq, geridə qalan yaşamımı rahat başa vurmaq istəyirəm"

Müharibədə ölmədim , ancaq bu evdə ailəmlə təhlükəli şəraitdə yaşayaraq öləcəm bu sözləri II qrup Qarabağ əlili BTV-yə müsahibəsində deyib. Masallı rayon Ərkivan kənd sakini olan Sücayət Cəbiyev evsizlikdən- daha aydın doğrusu hələ də tikilib başa çatmayan evindən və onun standartlara cavab verməməsindən narazıdır. O , bildirir ki , qış aylarından inşasına başlanan evin tikintisində standartlara cavab verməyən materiallardan istifadə edilib. Müsahibə zamanı Sücayət Cəbiyev məsələyə aidiyyatı qurumlara müraciət edərək probleminin həll edilməsini xahiş edib. Vətən uğrunda ölməyi belə gözə alan birinin rahat şəraitdə yaşamaq istəyi təbiidir və bu onun haqqıdır. Ümid edirik ki, şikayətçini narahat edən bu problem öz həllinə qovuşacaq.
BTV