BolgeXeber.Com » Bölgə » Bərdədə ”Bəxtiyar şeiriyyatı” mövzusunda ədəbi-bədii gecə keçirilmişdir-FOTO

Bərdədə ”Bəxtiyar şeiriyyatı” mövzusunda ədəbi-bədii gecə keçirilmişdir-FOTO

25-08-2015, 18:30
Oxunub: 4 089 Bərdədə ”Bəxtiyar şeiriyyatı” mövzusunda ədəbi-bədii gecə keçirilmişdir-FOTO Mövzu ilə bağlı hazırlanmış videoçarx tədbir iştirakçılarına təqdim olundu

Bərdə İH-dən Bolgexeber.com-a daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncamına uyğun olaraq 25 avqust 2015-ci tarixdə Bərdə rayon Gənclər və İdman İdarəsinin və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə”Bəxtiyar şeiriyyatı” mövzusunda ədəbi-bədii gecə keçirilmişdir.Tədbirə rayon ziyalıları,ədəbiyyatçılar,şairlər və fəal gənclər dəvət olunmuşlar. Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova açaraq təşkilatçılar adından iştirakçıları salamladı və mövzu ilə bağlı məlumat verdi. Mərkəzi Kitabxananın baş kitabxanaçısı Fəxriyyə Quliyeva şairin həyat və yaradıcılığı barədə geniş və ətraflı məruzə etdi. Mövzu ilə bağlı hazırlanmış videoçarx tədbir iştirakçılarına təqdim olundu. Veteran müəllim,filoloq-şair Rəşid Kazımov B.Vahabzadənin BDU-da onlara dərs deməsi barədə xatirələrindən danışdı. L.Səfərov adına mədəniyyət evinin işçisi,qiraət ustası Ətayə Musayeva şairin “Bir salama dəymədi”, ”Qara saçlar,ağ saçlar” və “Yaşdan gileyliyəm” söylədi. Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxış edərək B.Vahabzadə yaradıcılığının yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik ruhunda tərbiyə olunmasında boyük rolu olduğundan danışdı. Slavyan Universitetinin III kurs tələbəsi Əlibala Əlizadə çıxış edərək B.Vahabzadənin vətənpərvərlik mövzusunda yaradıcılığından danışdı. Gənclər və İdman idarəsinin aparıcı- məsləhətçisi Yusif Musayev B.Vahabzadənin ictimai xadim kimi fəaliyyətindən danışdı. Fəal gənclərdən Ramal Əhmədov,kitabxanaçı Səriyyə Məhərrəmova,ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin şagirdləri İzzət Vusifzadə və Adil Orucov şairin yaradıcılığından nümunələr səsləndirdilər. Gənc şair Nemət Cabbarov müəllifi olduğu şeirlərdən söyləyərək iştirakçıların diqqətini cəlb etdi. Rayonda keçirilən gənclər tədbirlərində fəal iştirakına görə Mustafa Həsənov Gənclər və İdman idarəsinin Fəxri Fərmanı ilə təltif olundu.