BolgeXeber.Com » Bölgə » Hacıqabulda qanvermə aksiyası keçirilmişdir-FOTO

Hacıqabulda qanvermə aksiyası keçirilmişdir-FOTO

3-09-2015, 19:22
Oxunub: 3 647 Hacıqabulda qanvermə aksiyası keçirilmişdir-FOTOSentyabrın 1-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Hacıqabulda qanvermə aksiyası keçirilmişdir


Bolgexeber.com
xəbər verir ki,aksiya talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən xəstələrə kömək məqsədi ilə keçirilirdi. Bu məqsədlə rayon Uşaq Tibb Mərkəzində əvvəlcədən hazırlıq işləri görülmüş, xüsusi olaraq ayrılmış otaqlarda qan götürülməsi üçün lazımi şərait yaradılmışdı.
Həmin gün səhər saat 9-dan başlayaraq Mərkəzdə B.Eyvazov adına Elmi Tədqiqat Hemotologiya Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankının əməkdaşları qanvermə aksiyasını həyata keçirmişdir. Rayonun idarə, müəssisə, təşkilatların, icra nümayəndəlikləri və bələdiyyə orqanlarının rəhbərləri və işçi kollektivləri bu xeyriyyə tədbirində könüllü olaraq iştirak etmişlər.
Qan verməyə gələn hər kəs yaxşı bilirdi ki, qan çox böyük həyat əhəmiyyəti daşıyır. Götürülən qanlar əsasən ağır qan xəstəliyindən əziyyət çəkən talassemiyalı, hemofiliyalı və digər qan xəstəliyi olan insanların müalicəsində istifadə olunur.
Həkimlərin göstərişi ilə yalnız praktik cəhətdən sağlam olan insanlardan qan götürülürdü. Xüsusi ayrılmış kabinetlərdə həkimlər qan verməyə gələnlərdən lazımi məlumatlar əldə edir, qan qrupunu, hansısa xəstəlik keçirib-keçirməməsini, təzyiqini öyrəndikdən sonra qan götürülməsinə razılıq verilirdi.
İlk qan verməyə gələnlər sırasında Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov, RİHBA-nın kollektivi, RPŞ-nın rəisi Ramazan Kərimov və şəxsi heyəti də vardı. Axşama kimi davam edən aksiyada 155 nəfər həmyerlimiz qan vermişdir. İnsanlar təmənnasız olaraq qan verirlər ki, kimisə yaşatsınlar.Ümidi qana olan xəstələrə həyat bəxş etsinlər, ömürlərinə ömür calasınlar.
Beləliklə növbəti xeyirxah aksiya uğurla başa çatdı.

Bolgexeber.com

Hacıqabulda qanvermə aksiyası keçirilmişdir-FOTO