BolgeXeber.Com » Bölgə » Bulvarda sadə çay içməyin yolları - Tələb etmək... - FOTOLAR

Bulvarda sadə çay içməyin yolları - Tələb etmək... - FOTOLAR

17-09-2015, 16:02
Oxunub: 3 572 Bulvarda sadə çay içməyin yolları - Tələb etmək... - FOTOLARMilli Parkın ərazisində olan kafe və restoranlarla bağlı verilən sərəncamı yerinə yetirtmək üçün gərək bir az əsəbləriniz sakit olsun.

Məsələ burasındadır ki, cəmi bir neçə ay öncə, daha dəqiq desək, iyunun 1-də belə bir xəbər yayıldı: “Milli Parkın ərazisində sadə çay 2 manat, mürəbbə ilə çay isə 3 manata satılır. Müştərilərdən artıq pul istəyən obyekt sahibləri cərimələnəcək. Bunun üçün isə sözügedən nömrələrə şikayət edə bilərsiniz - 0552827000, 0124801836”. Bu məlumatı Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov demişdi. Bu sözlərdən sonra mediada Milli Parkdan onlarla yazılar yazıldı.

İlk günlərdə kafe və restoranlar bu qərara tam uymurdular. Sonradan isə əməl etməyə məcbur qaldılar. Bu qərar Bakıda keçirilən Avropa Oyunları zamanına təsadüf etdiyi üçün bəzi sahibkarlar, verilən qərarın çox zaman olduğu kimi qısa müddətli olduğunu düşündü. Amma elə deyil.

Oyunlar bitdi, qonaqlar getdi. Qərar isə hələ də qüvvədədir. Lakin bulvarda yerləşən kafe və restoran sahibləri deyəsən bunu unudublar.

Məsələn, "Şam Bulvar" restoranı səhər saatları olduğu üçün qapalı olsa da, ofisianta sadə, yəni 2 manatlıq çayla bağlı sual verdik. Cavab isə belə oldu: "Bizdə sadə çay verilmir. Səbəbini bilmirəm. Bizə rəhbərlik belə deyib. Amma sizə fincanda sadə çay verə bilərik". Buradan keçirik "Mirvari" restoranına. Müştəri qismində masalardan birində əyləşdik. Bu restoranda sadə çay verilirdi. Amma...

- Nə gətirək sizin üçün?
- Sadə çay.
- Bizdə sadə çay verilir, amma bu masada olmaz.
- Necə yəni?
- Siz qalxıb, digər sırada oturmalısınız. Sadə çayı ancaq o masalarda (əli ilə gün düşən hissəni göstərir - red) veririk.
- Niyə?
- Rəhbərliyin qərarıdır.Bu gülməli xidmət təklif edən restorandan da uzaqlaşdıq. Növbəti baş çəkdiyimiz yer "Günəş" kafesi oldu. Burada da əcaib vəziyyətlə qarşılaşdıq.
- Sadə çay verirsiniz?
- Yox, ancaq mürəbbə və şokoladla...
- Qiymətlər...
- Şokoladla 5 manat, əlavə mürəbbə də olsa 7 manat...
- Dəqiq sadə çay vermirsiniz?
- Yüz faiz. Bizdən yaxşı biləcəksiniz?
- Mən jurnalistəm. Və mənə çox maraqlıdır ki, siz niyə Nazirlər Kabinetinin qərarını icra etmirsiniz?
- Edirik... Bizdə sadə çay var. İstəyirsinizsə oturun, ofisiant gətirsin.
- Bayaq amma deyirdiniz ki, sadə çay vermirik.
- Yanlışlıq olub.Son baş çəkdiyimiz restoran isə "Venesiya" oldu. Qapıdan içəri daxil olan kimi bizi qarşılayan ofisiantdan sadə çay verib-vermədiklərini soruşduq:

- Yox. Bizdə sadə çay yoxdur. Ancaq dəstgah...
- Niyə?
- Rəhbərliyin tapşırığı belədir.

Restoranın administratoru isə ofisiantı yalanladı: "Bizim üçün əsas müştərinin razı qalmasıdır. Sadə çay istəyənə "yox" demirik".

Bir restorandan iki müxtəlif cavab aldıq. Ya administrator, ya da ofisiant yalan danışır. Etdiyimiz müşahidələrdən belə qənaətə gəldik ki, bulvarda olan kafe və restoranlarda əyləşərkən sadə çay içmək istəsəniz, gərək verilən qərarı xatırladasınız. Və tələbinizdə israrcı olasınız. Çünki başqa cür restoran sahibləri verilən qərara əməl etmək istəmirlər.
Bulvarda sadə çay içməyin yolları - Tələb etmək... - FOTOLAR
Bulvarda sadə çay içməyin yolları - Tələb etmək... - FOTOLAR
Bulvarda sadə çay içməyin yolları - Tələb etmək... - FOTOLAR
Bulvarda sadə çay içməyin yolları - Tələb etmək... - FOTOLAR
Bulvarda sadə çay içməyin yolları - Tələb etmək... - FOTOLAR
Bulvarda sadə çay içməyin yolları - Tələb etmək... - FOTOLAR
Bulvarda sadə çay içməyin yolları - Tələb etmək... - FOTOLAR
Bulvarda sadə çay içməyin yolları - Tələb etmək... - FOTOLAR