BolgeXeber.Com » Bölgə » Oğuzda zəlzələnin fəsadları hələ aradan qaldırılmayıb - VİDEO

Oğuzda zəlzələnin fəsadları hələ aradan qaldırılmayıb - VİDEO

21-09-2015, 12:51
Oxunub: 3 624 Oğuzda zəlzələnin fəsadları hələ aradan qaldırılmayıb - VİDEOŞimal-qərb bölgəsində baş verən zəlzələnin fəsadları hələ də özünü göstərir. Yaşayış binaları ilə yanaşı tədris ocaqları, məscidlərə də ziyan dəyib

ANS TV-nin məlumatına görə, sentyabrın ilk həftəsi ölkənin şimal-qərb bölgəsində baş verən zəlzələ Oğuz rayonunda da ciddi fəsadlara yol açıb. Baş verən təbii fəlakət, zəlzələ ocağına yaxın olan rayonun Astraxanovka və Yaqublu kəndlərində daha çox dağıntılar törədib.

Yaqublu kəndində 100-dən çox evə ziyan dəyib. Bir uşaq bağçası isə qəzalı vəziyyətə düşüb. 40-a yaxın uşağın təlim-tərbiyə aldığı bu müəssisənin qəzalı vəziyyətdə olmasından həm müəllimlər, həm də valideynlər narahatdırlar.

Təbii fəlakət həmçinin rayonun Padar kəndində olan məscid binasının bir hissəsinin tamamailə uçmasına, minarənin isə bir neçə yerdən çat verərək əyilməsinə səbəb olub.

Eyni zamanda rayon təhsil şöbəsində bildirildi ki, zəlzələ rayonda yaşayış evlərindən sonra daha çox təhsil ocaqlarına ziyan vurub.

Rayon Fövqəladə Hallar Komissiyasında isə bildirildi ki, zəlzələnin rayona vurduğu ziyanın həcmi Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyası tərəfindən müəyyənləşdirilib.

Yaxın vaxtlarda fəsadların aradan qaldırılması istiqamətində işlərə start veriləcək .
Bolgexeber.com