BolgeXeber.Com » Bölgə » Salyanda İcra başçısı ilə vətəndşların görüşü baş tutdu

Salyanda İcra başçısı ilə vətəndşların görüşü baş tutdu

12-03-2012, 00:20
Oxunub: 5 504 Görüşdə rayon sakinlərinin problemləri dinlənildi

Məlum olduğu kimi martın 9 –da Salyan rayonunda açıq qapı günü keçirilib. Bolgeber.com-un əməkdaşlarınında iştirak etdiyi görüşdə rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov Salyan rayon sakinləri ilə açıq havada görüş keçirdi. Görüşdə ölkəmizdə işıq üzü görən qəzetlərin, informasiya agentliklərinin, televiziyaların iştirakıyla Salyan Rayon İcra Hakimiyyəti başçısı və hüquq mühafizə orqanlarının rəhbərlərinin, eləcə də aidiyyəti təşkilatların, müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən “açıq qapı” gününə Salyan rayonun mərkəzində, eləcə də kəndlərdə yaşayan vətəndaşlar gəliblər.

Salyan Rayon İcra Hakimiyyətində keçirilən “açıq qapı” günündə vətəndaşların problemləri dinlənilib. İcra başçısı Tahir Kərimov sakinləri salamladıqdan sonra onları dinləməyə başlayıb. Rayon ağsaqqalları adından Hacı Məhərrəməli ilk öncə çıxış edərək Salyanda son 20 ildə abadlıq, quruculuq işlərinin görülməsindən danışıb, əhalinin problemlərinin həll olunmasıda göstərilən səylərə görə, ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Arbatan kəndindən Hüseynov Nürəddin mağistral və kənd yolundayol işarəsinin olmamasından sürücülərin əziyyət çəkdiyini bildirib və problemin həll olunmasını xahiş edib. İcar başçısı Rayon Polis Şöbəsinin rəisinə göstəriş verərək məsələnin həll olunmasını tapşırıb.

Səkinə Qasımova qızının mədəniyyət sahəsi üzrə ali təhsil aldığını bildirərək işlə təmin olunmasını xahiş edib. Rayon rəhbəri Mədəniyyət və Turizim Şöbəsinin rəisindən gənc xanımın işlə təmin olunması üçün vakant yerin olması barədə soruşub. İdarə rəisi isə gələn həftənin ilk günü xanımın işlə təmin ediləcəyini bildirib.

Adilə Xudaverdiyeva adlı rayon sakini mənzilində quraşdırılmış qaz sayğacında qəza yarandığını bildirib. T.Kərimov məsələnin dərhal həll olunmasını aidiyyəti üzrə qaz istismar idarəsinə tapşırıb. Qəbulda qaldırılan şikayət və təkliflərin ən önəmlisi, həmçinin ürək ağrıdanı İsmayılova Zeynəbin problemi olub. Əlil arabasında qəbula gələn gənc qız icra başçısından ağlayaraq müalicə olunmasına köməklik edilməsini xahiş edib. Tahir Kərimov tiribunadan çıxaraq əlil xanımın yanına gəlib və müalicə olunması üçün sənədlərinin İcra Hakimiyyətinə gətirilməsini tapşırıb. Və bildirib ki, onun müalicəsi hansı xarici ölkədə mümkün olmasından aslı olmayaraq köməklik ediləcək. Sakinlər xəbəri alqış sədaları ilə qarşılayıblar. Sakinlərdən evlərinin təmir olunmasına, məhəllərin abadlaşması, binaların dam örtüyünün yenilənməsi barədə daxil olan müraciətlərə də baxılıb və onlara izahatlar verilib.

Sonra icra hakimiyyətinin başçısı Tahir Kərimov əhalinin iştirakı ilə KİV-i nümayəndələri üçün brifinq keçirib. Brifinqdə son zamanlar qəzetlərdə yazılan məsələlərlə bağlı açıqlama verən icra başçısı bildirib ki, Salyanda abadlıq işlərinə başlananda mağaza sahiblərinə bilirdik ki, dükanlarınızı üzlük daşlarla təmir edin. Bizimlə razılaşmayanlar dükan sahibləri imkanları olmadığından həmin mağazaların təmirini İcra Hakimiyyəti öz hesabına etdi. Təkcə Ağa Quliyev adlı sahibkar bizimlə razılaşmırdı. Onun da rayonun mərkəzində 4 mağazası var. Heç birinində sənədləri yoxdur. Evinin hasarından qanunsuz mağaza açdığı üçün mən mağazanın qapısını hördürüb bağlatdırmışdım. Sonradan səhv etdiyini etiraf edib üzrxahlıq etdi. İcra Hakimiyyəti tərəfindən mağazaları tikilən vətəndaşlar tədbirdə çıxış edərək minnətdarlıqlarını bildiriblər. İcra başçısı İnterAz informasiya agentliyinin, “İki sahil” qəzetinin, “Yeni Müsavat” qəzetinin, Tribuna İnformasiya Agentliyinin (Tia.az)-ın suallarına aydınlıq gətirərək bildirib ki, Salyanda Prezident İlham Əliyevin göstəriş və tapşırıqları lazımı səviyyədə yerinə yetirilir ki, göstərilən etimad doğrulsun: “Gördüyümüz işlər insanları dövlət başçısından razı salmağa xidmət edir”.
Tahir Kərimovun dediklərini rayonun sadə adamları da Salyanda son vaxtlar abadlıq-quruculuq, tikinti işlərinin geniş vüsət aldığını, rayonun görkəminin dəyişdiyini təsdiq ediblər: “Buna görə, Prezident İlham Əliyevə minnətdarıq və Salyanda heç bir narazılıq yoxdur”.

Tədbirdən sonra Bolgexeber.com portalının əməkdaşları Salyan rayonu ərazisində çəkilişlər aparıblar. Aparılan çəkilişdən də məlum olur ki, həqiqətəndə əvvəlki illərə müqayisədə Salyanda sürətli şəkildə inkişaf var. Rayon İcra baçısının istər yol siyasətində istərsə də vətəndaşların problemləri ilə bağlı məsələlərdə hədindən artıq işlər görmüşdür. Və bu işlər də rayon sakinlərini xeyli razı salmışdır.

P.S. Salyan rayonu ilə bağlı əməkdaşlarımızın hazırladıqları geniş videoreportajı yaxın günlərdə oxuculara təqdim edəcəyik.