BolgeXeber.Com » Bölgə » Hacıqabulda Heydər Əliyev Mərkəzində Müstəqilliyi günü münasibəti ilə tədbir keçirilib-FOTOLAR
Hacıqabulda Heydər Əliyev Mərkəzində Müstəqilliyi günü münasibəti ilə tədbir keçirilib-FOTOLAR
15-10-2015, 15:52
Oxunub: 9 929
Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir
15 oktyabır 2015-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir keçirildi.Tədbirdə rayonun İcra Hakimiyyətinin nümayəndəsi, 1, 8, 10 saylı məktəbinin müəllim və yuxarı sinif şagirdləri, mədəniyyət işçiləri, “Hacıqabul” qəzetinin əməkdaşı və Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları iştirak etdilər.Tədbir iştirakçıları əvvəlcə Mərkəzdə Azərbaycanın Dövlət Müstəqilliyi ilə əlaqədar dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə tamaşa etdilər.Sərgidə əsasən müstəqilliyimizin simvollarının rəsimləri geniş yer tuturdu.Sonra Mərkəzin Kino zalında Müstəqillik gününə həsr olunmuş “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” adlı tədbir açıq elan edildi.Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra tədbiri Mərkəzin direktoru Aytən Zülfəliyeva “Heydər Əliyevin sözləri ilə açdı “ Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəssiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.Çıxışının sonunda qeyd etdi ki, azadlığı, suverenliyi, müstəqil dövləti olmayan xalqın millətlər içində yaşamaq haqqı yoxdur.İyrimi dörd illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan sözün əsil mənasında tam müstəqil ölkədir.
Sonra 8 saylı humanitar fənnlər üzrə məktəb-liçeyin tarix müəllimi Fariz Ağayev, İcra Hakimiyyətinin nümayəndəsi Turanə İmanova, “Hacıqabul” qəzetinin əməkdaşı Səadət Kərimova, Mərkəzi kitabxananın əməkdaşı Gülşən Əskərova çıxış etdilər. Sonda Müstəqillik gününə həsr olunmuş sənədli filmə tamaşa edildi.
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər